Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Çin Pakistan Əfqanıstan formatı Regiona nə qazandırır?

Çin Pakistan Əfqanıstan formatı Regiona nə qazandırır?

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Cənub-Şərqi Asiyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində regional əməkdaşlıq daha da möhkəmləndirilir. Belə ki, avqustun 20-də Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan, Çin və Pakistan xarici işlər nazirlərinin üçtərəfli dialoquna dair altıncı sessiya keçirilib. Görüşdə üç ölkə arasında diplomatik-siyasi, iqtisadi-ticari və hərbi-təhlükəsizlik  əməkdaşlığın prioritetləri, o cümlədən regional təhlükəsizlik mexanizmin formalaşması və terrorizmə qarşı mübarizənin əhəmiyyəti barədə ətraflı müzakirələr aparılıb. Bir çox sahələrdə, xüsusilə də regional təhlükəsizlik və nəqliyyat-kommunikasiya sahəsində üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Görüşdə, həmçinin dövlətlərarası mədəni əlaqələrin inkişafı ilə bağlı məsələyə də toxunulub.

Üç nazirin bəyanatı

Əfqanıstan XİN başçısı Əmir Xan Muttaki qeyd edib ki, regionda qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açılır və son dörd ildə iqtisadi-ticari və investisiya layihələrində irəliləyişlər əldə edilib. Onun sözlərinə görə, üç ölkənin iqtisadi potensialından maksimum şəkildə səmərəli istifadə edilməlidir. Pakistan XİN başçısı İshak Dar öz növbəsində görüşün əhəmiyyətini vurğulayıb və bunu əməkdaşlığı dərinləşdirmək üçün yaxşı fürsət adlandırıb. O, Əfqanıstan və Pakistan arasında münasibətlərin müsbət dinamikasını qeyd edərək gələcək irəliləyişlərə ümidvar olduğunu bildirib. Çinin xarici işlər naziri Vanq İ isə öz çıxışında rəsmi Pekinin Kabillə bir çox sahələrdə münasibətlərinin inkişaf etdiyini və ikitərəfli əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. Çinin XİN rəhbəri, həmçinin Əfqanıstan və Pakistan arasında diplomatik nümayəndəliklərin səfir səviyyəsinə qaldırılmasını müsbət qiymətləndirib. Bununla yanaşı, Vanq İ regional problemlərin yalnız region dövlətlərinin maraqlarına uyğun həll edilməsinin və regiondan kənar dövlətlərin müdaxiləsinin qarşısının alınmasının zərurliyini də vurğulayıb. İclasın yekununda tərəflər üçtərəfli formatın davam etdirilməsinə və qarşılıqlı əlaqələrin genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. 

Çin Əfqanıstanı öz layihəsində görmək istəyir

Pakistanlı politoloq, Sülh Araşdırmaları və Diplomatiya İnstitutunun rəhbəri Məhəmməd Asif Nur “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Çin-Pakistan-Əfqanıstan əməkdaşlıq formatında ilkin və əsas hədəf Cənub-Şərqi Asiyada siyasi sabitlik və iqtisadi inkişafı təmin etməkdir.  “Çin, Pakistan və Əfqanıstan arasında üçtərəfli dialoqun əsas mahiyyəti Çin-Pakistan İqtisadi Dəhlizini genişləndirmək və Əfqanıstanı bu dəhlizə daxil etməkdir. Regionda yeni siyasi və iqtisadi dinamikaların formalaşması üçün bu, strateji cəhətdən əhəmiyyətlidir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir qolu olan Çin-Pakistan İqtisadi Dəhlizi avtomobil və dəmir yolları, enerji layihələri şəbəkəsi vasitəsilə Çinin Sincan şəhərini Pakistanın Qvadar limanı ilə birləşdirir. Pekinin Əfqanıstanı bu dəhlizə daxil etməkdə başlıca məqsədi həm özünün və regionun təhlükəsizlik problemlərini həll etmək, həm də bu ölkədə öz iqtisadi layihələrini həyata keçirməkdir. Əfqanıstanda sabitliyin bərqərar olması Pekin üçün vacibdir. Çünki Əfqanıstanda qeyri-sabitliyin mövcud olması Çinin regionda investisiya layihələrinin təhlükəsizliyinə birbaşa təsir göstərir,” - deyə M.A.Nur vurğulayıb ki, Əfqanıstanın Çin-Pakistan İqtisadi Dəhlizinə daxil olması onun iqtisadiyyatı üçün də faydalıdır: “Əfqanıstanda yeni hakimiyyət ölkəni bu dəhliz üzərindən Pakistanın Qvadar limanı vasitəsilə beynəlxalq bazarlara, xüsusilə Çin bazarına çıxarmaq istəyir. Çin bu məsələdə Əfqanıstana öz köməkliyini göstərməyə hazırdır. Sözsüz ki, Əfqanıstanın Çin-Pakistan İqtisadi Dəhlizinə inteqrasiyası ölkədə yeni dəmir yollarının salınmasına və mühüm enerji layihələrinin həyata keçirilməsinə yol açacaq. Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təminatı istiqamətində addımların atılması Pakistan üçün də əhəmiyyətlidir - bu istiqamətdə irəliləyişlərin olacağı təqdirdə rəsmi İslambad həm Mərkəzi Asiyaya çıxış yolu, həm də Çin investisiyalarının ölkəyə cəlb etmək imkanları əldə edəcək”. Ekspertin sözlərinə görə, həm Pakistanın, həm də Əfqanıstanın təhlükəsizliyi Çinin Cənub-Şərqi Asiya startegiyasında xüsusi prioritet təşkil edir: “Moskvanın Talibanı tanımasından sonra Çin ilə Taliban arasında diplomatik təmaslar daha da intensivləşib. Çin Əfqanıstanda yeni hakimiyyətlə diplomatik-siyasi, iqtisadi-ticari və təhlükəsizlik sahələrində münasibətləri genişləndirməklə Hindistanın regionda təsir imkanlarını neytrallaşdırmaq niyyətindədir. Çin Dehlinin regionda söz sahibi olmasına imkan verə bilməz. Çin Cənub-Şərqi Asiyanın yeni geosiyasi və geoiqtisadi mənzərəsini formalaşdırmaqda maraqlıdır”.

Əfqanıstanın “Bir kəmər, bir yol”a qoşulması realdırmı?

Politoloq Tural İsmayılov hesab edir ki, Çin, Pakistan və Əfqanıstan arasında üçtərəfli əməkdaşlığın gücləndirilməsi, əslində, təkcə Cənub-Şərqi Asiya üçün deyil, bütövlükdə Asiya qitəsinin təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu format, bölgədə radikalizm, narkotik ticarəti, qeyri-leqal miqrasiya və transsərhəd cinayətkarlıq kimi problemlərin həllində vacib rol oynaya bilər: “Əfqanıstanın taleyi regionun sabitliyi ilə birbaşa bağlıdır və Çin də bunun fərqindədir. Ona görə Pekin Əfqanıstanın tamamilə xaos mənbəyinə çevrilməsinin qarşısını almaqda maraqlıdır. İqtisadi baxımdan bu üçtərəfli əməkdaşlığın əsas sütunu Çinin “Bir kəmər, bir yol” təşəbbüsüdür. Pakistan bu layihədə artıq önəmli iştirakçıdır - CPEC (Çin-Pakistan İqtisadi Dəhlizi) bunun nümunəsidir. Əfqanıstanın isə bu layihəyə qoşulması hələ də siyasi qeyri-sabitlikdən asılıdır. Amma nəzəri baxımdan Əfqanıstan üzərindən Mərkəzi Asiya və Cənubi Asiyanı birləşdirən yeni dəhlizlərin açılması həm Çinin, həm də Pakistanın maraqlarına tam cavab verir. Burada infrastruktur, enerji daşımaları və logistika mərkəzlərinin yaradılması prioritet ola bilər”. Ekspert qeyd edib ki, Taliban rejiminin beynəlxalq legitimliyi zəifdir və bu, Çinin tamhüquqlu inteqrasiyasını çətinləşdirir: “Amma Çin praqmatik siyasət yürüdür - o, Taliban hökumətini tanımasa da, faktiki olaraq iqtisadi dialoqu davam etdirir. Bu, gələcəkdə Əfqanıstanın “kəmər və yol” layihəsinin periferik deyil, əsas həlqələrindən birinə çevrilməsi üçün zəmin yarada bilər”.

Pekin vasitəçi rolunda

T.İsmayılov əlavə edib ki, Çin həm də Əfqanıstanla Pakistan arasında siyasi və təhlükəsizlik problemlərinin həllində vasitəçi ola bilər: “Birincisi, Çinin regionda neytral və güclü iqtisadi tərəfdaş kimi imici var. İkincisi, Pekin sabitlikdən birbaşa qazanır - sabit olmayan Əfqanıstan Çinin Sincan bölgəsinə də təhlükə yaradır. Ona görə də Çin həm islam radikalizminin qarşısını almaq, həm də enerji və ticarət marşrutlarını təmin etmək üçün İslamabad-Kabil xəttində dialoqu təşviq etməyə çalışır.Yekunda demək olar ki, üçtərəfli əməkdaşlıq sabitlik, iqtisadi inteqrasiya və geosiyasi balans üçün həyati əhəmiyyət daşıyır. Çin oyunun qaydalarını müəyyən edən əsas güc mərkəzi, Pakistan strateji tərəfdaş, Əfqanıstan isə bu prosesin ən zəif, amma həlledici həlqəsidir. İndiki mərhələdə bu format tam sabitlik gətirməsə də, regionda alternativsizlik statusu qazanmaq üzrədir”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Avqust 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri