Çin rəsmisi: Bakıdakı WUF13 innovativ formatı ilə fərqlənir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 may, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) BMT-Habitat tərəfindən təqdim olunan qlobal ictimai platformadır və budəfəki forum xüsusilə innovativ yanaşmaları ilə seçilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Çin Şəhərsalma Planlaşdırma Cəmiyyətinin (UPSC) icraçı vitse-prezidenti və baş katibi Şi Nan deyib.
Bildirib ki, WUF13 çərçivəsində yüksəksəviyyəli dialoqlar, nazirlərin və milli liderlərin iştirakı ilə keçirilən dəyirmi masalar tədbirə xüsusi dinamika qazandırıb: “Burada yalnız ənənəvi müzakirələr deyil, çoxsaylı innovativ formatlar təqdim olunur. İnsanlar bundan böyük məmnunluq duyurlar”.
Şi Nan tədbirin keçirildiyi məkanı da yüksək qiymətləndirib. Onun sözlərinə görə, stadion məkanından istifadə edilməsi tədbirə fərqli və müasir ab-hava qatıb: “Bu, çox innovativ yanaşmadır”.
UPSC rəsmisi COP29-dan sonra Azərbaycanın davamlı şəhər inkişafı istiqamətində atdığı addımları da müsbət qiymətləndirib. O qeyd edib ki, şəhər problemlərinin həlli davamlı prosesdir və urbanizasiya ilə yeni çağırışlar da meydana çıxır: “Əsas məsələ bu prosesi daha dayanıqlı istiqamətdə formalaşdırmaqdır”.
Şi Nan vurğulayıb ki, ənənəvi olaraq neft iqtisadiyyatı ilə tanınan Azərbaycanın hazırda iqtisadiyyatını transformasiya etdiyini və yaşıl texnologiyalara üstünlük verdiyini müşahidə edir: “Aşağı karbonlu istehsal və həyat tərzini dəstəkləyən yeni texnologiyaların tətbiqi çox müsbət haldır”.
O, həmçinin Bakının tarixi irsin qorunmasına xüsusi diqqət yetirdiyini bildirib: “Biz İçərişəhərdə qalırıq və qədim şəhərin qorunub saxlanılması məni çox təsirləndirdi”.
Müxbir - Pərvanə Qafarova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 May 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















