Icma.az
close
up
RU
Çin satmasa dünya iflic olar: Bir cümləsi ilə hər şeyi məhv etdi

Çin satmasa dünya iflic olar: Bir cümləsi ilə hər şeyi məhv etdi

Icma.az, Milli.az saytına istinadən bildirir.

Çin ABŞ-nin tətbiq etdiyi vergi sanksiyalarına cavab olaraq nadir torpaq elementlərinin (NTE) satışını dayandırıb. Bu qərar ABŞ və digər sənaye ölkələri üçün ciddi istehsal problemləri yaradacaq. ABŞ mediası bu vəziyyəti sənayenin iflic olması kimi təqdim edib.

Bu addımı ilə ticarət müharibəsində Pekinin strateji üstünlüyünü göstərən Çin eyni "silah"dan vaxtiykən Yaponiyaya qarşı da istifadə etmişdi. Nəticədə Yaponiya geri addım atmağa məcbur qalmışdı.

Nadir torpaq elementləri (NTE) müdafiə sənayesi, elektronika, elektrikli nəqliyyat vasitələri, kosmos və telekommunikasiya sahələrində əsas xammaldır. Çin bu elementlərin qlobal bazarının 90 faizini nəzarətində saxlayır.

ABŞ illər əvvəl öz mədənlərini bağladığı və ekoloji səbəblərdən bu sahədəki istehsalı məhdudlaşdırdığı üçün nadir torpaq elementlərinin hasilatında Çindən asılı vəziyyətə düşüb. Çinin nadir torpaq elementləri istehsalında lider olması ABŞ-nin öz sənaye və texnologiya sahələrindəki ehtiyaclarını ödəmək üçün Çinin təchizatına möhtac qalmasına səbəb olub.

Hazırkı vəziyyətdə Çin NTE ixracını dayandırmaqla həm ABŞ-yə, həm də dünya texnologiyasına ciddi zərbə vurub. Bu da alternativ mənbələrin və yeni bazarların axtarışını zəruri edir. Türkiyənin bu boşluğu dolduracaq potensiala malik olması isə yaxın illərdə beynəlxalq diqqətin bu ölkəyə yönələcəyini göstərir.

Bu vəziyyətdə dünyanın ikinci ən böyük nadir torpaq elementi ehtiyatına sahib olan Türkiyənin rolu gündəmə gəlib. İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin dekanı Prof. Dr. Mustafa Kumral milliyet-ə açıqlama verərək bildirib ki, Türkiyənin Beylikova və Yozgat bölgələrində aparılan yeni araşdırmalar və zənginləşdirmə işləri ölkəni bu sahədə ciddi oyunçulardan birinə çevirə bilər. Onun dediyinə görə Türkiyə bu elementləri əldə edib istehsala yönəltmək üçün ciddi addımlar atır və bu proses qısa zamanda nəticə verəcək.

Qeyd edək ki, NTE-lər yalnız texnoloji cihazlarla məhdudlaşmır; həmçinin maqnitlər, katalizatorlar, metal ərintiləri, şarj oluna bilən batareyalar, lazerlər, tibbi görüntüləmə və yeni nəsil yarımkeçiricilərdə də mühüm rol oynayır. Yer qabığında mövcud olsalar da, çıxarılması və emalı çətin olduğuna görə strateji əhəmiyyət daşıyırlar.

Bəxtiyar Umarlı
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri