Icma.az
close
up
RU
Çin şirkəti günəş panellərinin səmərəliliyinə görə dünya rekordunu yeniləyib AZƏRTAC

Çin şirkəti günəş panellərinin səmərəliliyinə görə dünya rekordunu yeniləyib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 yanvar, AZƏRTAC

Çinin “Trina Solar” fotoelektrik şirkəti müəyyən növ günəş modulu üçün enerjiyə çevrilmə səmərəliliyi üzrə yeni dünya rekorduna imza atıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, laboratoriya sınaqlarında “Trina”nın geniş səth sahəsinə malik HJT modulları Almaniyanın “Fraunhofer CalLab” günəş enerjisi tədqiqat mərkəzi tərəfindən sertifikatlaşdırılmış nəticələrə əsasən 25,44 faiz səmərəlilik nümayiş etdirib.

Elementin səmərəliliyi cihaza düşən günəş enerjisinin istifadə edilə bilən elektrik enerjisinə çevrilmə faizi ilə müəyyən edilir. Səmərəliliyin artırılması günəş qurğularının ölçülərini və istehsal xərclərini azaltmağa kömək edə bilər.

Sidneydəki Yeni Cənubi Uels Universitetinin professoru Martin Qrin bildirib ki, nəticə, bu sektor üçün gələcəkdə dominant olmağa iddialı günəş HJT texnologiyasının potensialını nümayiş etdirdi.

“Uzunmüddətli perspektivdə hər şey səmərəliliklə bağlıdır, buna görə də, bəzi həllər hazırda digərlərindən daha bahalı olsa belə, bir qayda olaraq, sənaye yeni texnologiyanı mənimsədikcə, xərclər olduqca tez aşağı düşür”, - deyə Qrin “Reuters”ə bildirib.

“Trina Solar”ın açıqlamasında deyilir ki, əldə olunan nəticələr yalnız HJT texnologiyası üçün rekord deyil, həm də monokristal silisium əsaslı günəş elementi modullarının fotoelektrik çevrilmə səmərəliliyində yeni bir mərhələdir.

İcraçı direktor vurğulayıb ki, “Trina” şirkəti texnoloji liderliyini qorumaq üçün tədqiqatları genişləndirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri