Çin tankı “biabır oldu” Nümayiş zamanı sıradan çıxıb + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çin ordusunun “VT-4” əsas döyüş tankı Çjuhayda “Airshow China 2024” beynəlxalq aviaşousunda nümayiş zamanı sıradan çıxıb.
“AzPolitika” xəbər verir ki, “Defence Blog”-un məlumatına görə, tank nümayiş sırasında təpəyə çıxmaq istəyərkən özü-özünə sönüb. Xarici KİV-lərdə bu barədə videogörüntülər yayımlanıb.
Qeyd olunur ki, nümayişi “VT-4”-ün hazırlanmasına cavabdeh olan “Norinco” şirkəti təşkil edib. Tank öz performans xüsusiyyətlərini nümayiş etdirməli idi, lakin heç də hər şey plana uyğun getməyib.
Təpəyə qalxmağa çalışan tank nasazlıq səbəbindən qəfil dayanıb və geriyə gedib. Qəzanın səbəbi hələ müəyyən edilməyib. Nəşr əlavə edib ki, bu insident bir daha Çin hərbi texnikasının keyfiyyətinin aşağı olmasından xəbər verir.
Jurnalistlər 2016-cı ildə Rusiyanın Alabino poliqonunda keçirilən tank biatlonu yarışı zamanı başqa bir Çin tankının – “Type-96B”-nin də sıradan çıxdığını xatırladıblar.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 27 Noyabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















