Tramp Rusiyaya uzaqmənzilli raketlərlə zərbə endirilməsinin əleyhinə çıxıb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna ordusunun ABŞ-nin verdiyi uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə qarşı çıxıb.
APA-nın xəbərinə görə, bu barədə o “TIME” jurnalına müsahibəsində danışıb.
D. Tramp vurğulayıb ki, bu addım münaqişə ətrafında vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.
Yeni prezident Ukrayna lideri Vladimir Zelenskinin bu məsələdəki mövqeyini tənqid edib, eləcə də vəzifəsinin icrasında başladıqdan sonra Rusiya-Ukrayna müharibəsini necə başa çatdıracağı barədə fikirlərini bölüşüb:“Bu məqsədlə biz Ukraynaya dəstəkdən Rusiya əleyhinə vasitə kimi istifadə edəcəyik. Müharibənin dayandırılmasının yeganə yolu Ukraynadan dəstəyi əsirgəməməkdən keçir” – D. Tramp belə deyib.
Baxış sayı:70
Bu xəbər 12 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















