Icma.az
close
up
RU
Çin və ABŞ ticarət dövriyyəsini 14,4% azaldıb

Çin və ABŞ ticarət dövriyyəsini 14,4% azaldıb

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çinlə ABŞ arasında ticarət dövriyyəsi 2025-ci ilin yanvar-avqust ayları ərzində 380,06 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% azdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Rəsmi statistikalara əsasən, hesabat dövründə Çindən ABŞ-a ixrac 15,5% azalaraq 282,95 milyard dollar olub. ABŞ-dan Çinə idxal isə 11% azalaraq 97,11 milyard dollara düşüb.

Nəticədə, Çinlə ABŞ arasında ticarət əlaqələrində Çinin müsbət saldosu (ixracın idxaldan artıq olması) ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% azalaraq 185,84 milyard dollar təşkil edib.

Təkcə avqust ayında Çinlə ABŞ arasında ticarət dövriyyəsi iyul ayı ilə müqayisədə 10,5% azalaraq 42,88 milyard dollara düşüb. Bu dövrdə Çindən ABŞ-a ixrac 11,7% azalaraq 31,6 milyard dollar olub. ABŞ-dan Çinə idxal isə 6,6% azalıb və 11,28 milyard dollar təşkil edib.

Çin ABŞ-dan əsasən soya, pambıq və qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, kokslaşdırılan kömür, mis və mis filizi idxal edir. ABŞ isə Çindən ağıllı telefonlar, sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi ilə keçən ucuz mallar, kompüterlər, litium-ion batareyalar, uşaq oyuncaqları, plastik məhsullar, müşahidə kameraları, məişət texnikası, geyim, ayaqqabı və digər çoxsaylı məhsullar alır.

İki ölkə arasındakı ticarət dövriyyəsinə Vaşinqtonun tətbiq etdiyi proteksionist tədbirlər mənfi təsir göstərir. 2025-ci ilin may ayında Çinlə ABŞ əlavə rüsumların ləğvi və qarşılıqlı tariflərin müvəqqəti azaldılması barədə razılığa gəliblər.

Qeyd edək ki, 2023-cü ildə Çinlə ABŞ arasındakı ticarət dövriyyəsi 11,6% azalaraq 664,45 milyard dollar təşkil etmişdi. 2024-cü ildə isə bu göstərici 3,7% artaraq 688,28 milyard dollara çatıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Sentyabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see479

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see350

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see346

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see331

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see326

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see326

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see299

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see299

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see291

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see286

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see285

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see274

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see266

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see265

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see244

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see243

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see229

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see214

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri