Icma.az
close
up
RU
Ermənistan Rusiya ilə ticarət dövriyyəsini niyə azaldıb?

Ermənistan Rusiya ilə ticarət dövriyyəsini niyə azaldıb?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Ermənistanla ticarət dövriyyəsinin iki dəfə azalmasından şikayətlənib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda bildirib ki, 2025-ci ildə Ermənistanla ticarət dövriyyəsi, təxminən, iki dəfə azala bilər. Onun sözlərinə görə, əgər 2024-cü ildə bu rəqəm 12.4 milyard dollara çatıbsa, bu il təxminən 6 milyard dollar olacağı gözlənilir. İlin birinci yarısında ticarətin həcmi cəmi 3.4 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır. Bəs bunun səbəbi nədir? Ermənistan Rusiyadan iqtisadi asılılığını necə azaldacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin azalmasının əsas səbəbi eksportla (ölkədə istehsal olunan məhsulların xarici bazarlara satılması) bağlıdır:

"Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinə diqqət yetirsək, 2022-ci ildən etibarən iki ölkə arasında kəskin artımların müşahidə olunduğunu görərik. Bu, həm Rusiyadan idxal, həm də ixracda özünü göstərirdi. Bu da birbaşa Ermənistanın reeksport (bir ölkənin idxal etdiyi məhsulu heç bir emal və ya dəyişiklik etmədən üçüncü bir ölkəyə ixrac etməsi - red.) etməsi ilə bağlı idi. Praktiki olaraq bu ondan xəbər verir ki, Ermənistan reeksportun həcmini azaldıb".

"Ermənistanla Rusiyanın ticarət dövriyyəsinə diqqət yetirsək, 12.4 milyard dolların Ermənistan iqtisadiyyatı üçün kifayət qədər böyük rəqəm olduğunu görərik. Təbii ki, Ermənistan bu məbləğdə məhsul istehsal edib, Rusiyaya göndərmək və ya idxal olaraq almaq potensialına malik deyil. Bu rəqəmin böyük olması birbaşa reeksportun həcmi ilə bağlıdır. Əgər tendensiya azalma istiqamətində davam edəcəksə, bu, o deməkdir ki, iki ölkə arasında reeksportun həcmində azalmalar müşahidə olunmağa davam edə bilər", - deputat vurğulayıb.

İqtisadçı əlavə edib ki, reeksportu çıxsaq, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi heç də böyük deyil:

"Bu, 2022-ci ilə qədər olan rəqəmlərdə də özünü göstərir. Amma sözsüz ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı qalacaq. Çünki Ermənistan iqtisadiyyatında Rusiya şirkətləri dominantdır. Hələ də Ermənistana daxil olan vəsaitin həcmində Rusiyanın payı çoxdur. Ümumiyyətlə, Ermənistan hökumətinin son addımları göstərir ki, Ermənistan iqtisadi baxımdan Rusiyadan uzaqlaşmağa çalışır".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri