Icma.az
close
up
RU
Çin xarici kəşfiyyat xidmətlərini nadir metalları oğurlamaqda ittiham edib

Çin xarici kəşfiyyat xidmətlərini nadir metalları oğurlamaqda ittiham edib

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi xarici ölkələrin xüsusi xidmət orqanlarını fırıldaqçılıq yolu ilə ölkədən nadir torpaq metalları qanunsuz çıxarmaqda ittiham edib.

Bu barədə Gununsesi.info “Bloomberg”ə istinadən xəbər verir.

Çin xüsusi xidmət orqanı konkret ölkələrin adını çəkmədən xarici qurumları Pekinin strateji aktiv hesab etdiyi və artıq ABŞ ilə gömrük tarifləri üzrə danışıqların predmeti kimi istifadə etdiyi materialların ölkədən qanunsuz çıxarılmasını təşkil etməkdə ittiham edib.

Qurumun məlumatında qeyd olunur ki, son illərdə xarici casusluq və kəşfiyyat xidmətləri və onların agentləri ölkə daxilindəki vicdansız şəxslərlə sövdələşməyə girməyə çalışır, onları poçt göndərişləri vasitəsilə nadir torpaq materiallarını oğurlamağa təhrik edirlər.

“Bu, Çin Xalq Respublikasının milli təhlükəsizliyinə ciddi təhdid yaradır”, – xüsusi xidmət orqanı qeyd edib.

Çin Dövlət Təhlükəsizlik Nazirliyi həmçinin adı çəkilməyən bir ölkənin ehtiyat yaratmaq üçün nadir torpaq elementlərini qanunsuz əldə etmək cəhdinin qarşısını aldığını bildirib. Məlumata görə, bu sxemdə bağlamaları “Çində istehsal olunmayıb” kimi yanlış markalayan və məhsulun tərkibi və məzmunu haqqında məlumatı qəsdən təhrif edən bir podratçı iştirak edib.

Həmçinin qurum qaçaqmalçılığın digər metodlarını da təsvir edib, xüsusilə nadir torpaq tozlarının keramik plitə üçün inqrediyentlərin tərkibində gizlədilməsi və ya onların sonradan ixrac üçün “mexanizm hissələri” kimi markalanmış su butulkalarında maskalanması göstərilir.

Bəyanatda nazirlik Çin Xalq Respublikasının vətəndaşlarını nadir torpaq resursları ilə bağlı şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 İyul 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see234

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see208

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see190

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see171

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see147

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see134

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see128

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri