Çin XİN: Pekin və Aİ bir biri ilə ticarət müharibəsi aparmamalıdır
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Çin və Avropa İttifaqı hərtərəfli strateji tərəfdaşlar kimi bir-birinə qarşı ticarət müharibəsi aparmamalıdır.
APA xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ sentyabrın 21-də Almaniyanın xarici işlər naziri Yohann Vadefulla telefon danışığı zamanı bildirib.
“Çin və Aİ hərtərəfli strateji tərəfdaşlardır. Çin və Avropa ticarət müharibəsi aparmamalıdır”, – Van İ deyib.
XİN rəhbərinin sözlərinə görə, Pekin qarşılıqlı narahatlıq doğuran məsələlərin dialoq və məsləhətləşmələr yolu ilə həll edilməsi üçün Brüssellə yaxınlaşmanın tərəfdarıdır.
Van İ Almaniyanın, rasional və praqmatik yanaşmasını qoruyacağına, Aİ daxilində fəal rol oynayacağına, İttifaqın azad ticarət prinsiplərinə sadiq qalmasına və proteksionizmdən imtina etməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Çin və Aİ arasında ticarət münasibətləri son dövrdə bir sıra mübahisəli məsələlərin fonunda gündəmdə qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Sentyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















