Çin XİN Trampın 104% tariflərinə cavab olaraq tədbir görəcəyini bildirib
Icma.az, Aznews.az saytına istinadən bildirir.
Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın 104% tariflərinə cavab olaraq qəti tədbirlər görmək niyyətindədir.
Bunu keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.
"Çin xalqının qanuni inkişaf hüquqları əlindən alına bilməz, Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqları pozula bilməz. Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qəti və təsirli tədbirlər görməyə davam edəcəyik", - RİA Novosti diplomatdan sitat gətirir.
Bundan əlavə, Çin daxili istehlakı stimullaşdırmaq və bazarı sabitləşdirmək üçün tədbirləri müzakirə etmək üçün yüksək səviyyəli liderlərlə görüş keçirməyi planlaşdırır.
Mövsüm
Aznews.az

Çin Trampın tariflərinə cavab olaraq öz tariflərini tətbiq etdi
04 Fevral 2025 10:40
Çin Trampın 104% gömrük rüsumlarına cavab olaraq qəti tədbirlər görməyi planlaşdırır
09 Aprel 2025 17:03
Çin XİN Trampın BRİKSə qarşı hədələrinə cavab verib
03 Dekabr 2024 11:55
Kanada Trampın tariflərinə cavab verdi
01 Fevral 2025 10:52
Çin Trampın 104 faizlik tariflərindən sonra hələ ki, fasilə verib..?
10 Aprel 2025 00:45

