Icma.az
close
up
RU
Çində dövlət qulluqçuları üçün yaş həddi qaldırılır

Çində dövlət qulluqçuları üçün yaş həddi qaldırılır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Çində son üç onillikdə ilk dəfə olaraq bəzi dövlət qulluğu vəzifələri üçün maksimum yaş həddi 35-dən 38-ə yüksəlib. Bu addım yaşlı işçiləri iş qüvvəsində daha uzun müddət saxlamaq və azalan işçi qüvvəsini dəstəkləmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanları dövlət qulluğuna qəbul üçün milli imtahana ərizələrin çərşənbə günü verilməsi ərəfəsində çərşənbə axşamı qaydaların dəyişdiyini elan ediblər. “Reuters” xəbər verir ki, namizədlərin yaşı 18-38 arasında olmalıdır, magistr və ya doktorantura dərəcəsi olanlar üçün isə yaş həddi 40-dan 43-ə qaldırılıb.

“Çin rəsmi olaraq təqaüdə çıxmağın təxirə salınmasına yönəlmiş mütərəqqi yanaşmaya uyğun olaraq, 2026-cı ildə dövlət qulluğuna dair milli imtahana müraciət edənlər üçün yaş tələblərini müvafiq olaraq korrektə edib”, - deyə dövlət nəşri olan “Global Times” qəzeti çərşənbə günü yazıb.

Çinin Milli Dövlət Qulluğu İdarəsindən verilən açıqlamaya görə, noyabrın 30-da keçiriləcək imtahan 38 100 yeni dövlət qulluqçusunu işə götürməyə imkan verəcək.

Son illərdə Çin əmək bazarında yaş ayrı-seçkiliyi ilə mübarizə aparmağa çalışır, burada bir çox yaşlı işçilər çox yaşlanmış və ya effektiv fəaliyyət göstərə bilməyən kimi hesab edildiyi üçün rədd cavabı alırlar. İstifadəçilər bu tendensiyanı “35 lənəti” adlandırıblar.

Əhalinin qocalması qlobal bir hadisədir, lakin bu problem “bir ailə - bir uşaq” siyasəti səbəbindən Çində xüsusilə gərginləşib, hansı ki, üç onillik ərzində ölkədə mövcud olub və demoqrafik problemləri daha da kəskinləşdirib.

2035-ci ilə qədər Çinin 60 və yuxarı yaşlı təbəqəsinin ümumi əhalinin ən azı 40 faizini və ya 400 milyon nəfər təşkil edəcəyi gözlənilir ki, bu da Böyük Britaniya və ABŞ-ın ümumi əhalisinə bərabərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri