Çində hotellərdə turistlər üçün tərəzilər quraşdırılır SƏBƏB?
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Çində bəzi hotellərdə turistlər üçün otaqlarda və ya ümumi məkanlarda döşəmə tərəziləri quraşdırılmağa başlanıb.
Oxu.Az "Rossiyskaya qazetaya" istinadən xəbər verir ki, təşəbbüsün məqsədi səyahət edən insanların səfər zamanı çəkilərini izləməsinə kömək etməkdir.
Ölkənin səhiyyə naziri Ley Hayçao bildirib ki, turizm nazirliyinə bağlı bəzi hotellərdə artıq tərəzilər quraşdırılıb və bu, turistlərin çəkilərini dinamik şəkildə izləməsinə imkan yaradır.
Bundan başqa, məşhur turizm məkanlarında sağlam həyat tərzini təşviq edən digər tədbirlər də həyata keçirilir. Məsələn, daha uzun piyada marşrutları hazırlanır, yeməkxanalarda isə yeməklərin kalori miqdarı göstərilir.
Çinin Səhiyyə Nazirliyi həmçinin böyük turizm platformalarına hotellərin təsvirində tərəzinin olub-olmamasını qeyd etməyi tövsiyə edib ki, turistlər qalacaqları yeri seçərkən bunu nəzərə ala bilsinlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 08 Mart 2026 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















