Çində “Meituan“ və “Alibaba“ şirkətlərinin bölmələri ilə bağlı araşdırma başlayıb
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin hakimiyyəti haqsız rəqabətə qarşı qanunvericiliyin pozulması şübhəsi ilə "Meituan" və "Alibaba" şirkətlərinin bölmələri, həmçinin "Tongcheng" və "Tujia" şirkətləri ilə bağlı araşdırmaya başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası CCTV məlumat yayıb.
"Meituan"a məxsus "Beijing Sankuai Information Technology" şirkəti barəsində araşdırmanı Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının Pekin idarəsi aparır.
CCTV-nin məlumatına görə, ilkin yoxlamadan sonra tənzimləyici həmçinin "Alibaba"nın bölməsi - "Hangzhou Taomei Aviation Services", eləcə də "Tongcheng Network Technology" və "Tujia Online Information Technology" (Tianjin) şirkətləri barəsində araşdırmalara başlayıb.
"Tongcheng və Tujia WeChat"dakı rəsmi hesablarında adi rejimdə işləməyə davam etdiklərini və hökumətlə əməkdaşlıq etdiklərini bildiriblər. "Meituan" da araşdırmaya kömək etməyə hazır olduğunu bəyan edib. Analoji bəyanatı "Hangzhou Taomei" də yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Sentyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















