Çindəki otellərdə ev heyvanları üçün spa və baxım xidmətləri yaradılır
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Çinin lüks otel bazarı gənc auditoriyanın və artan orta təbəqənin tələblərini ödəmək üçün özünü yenidən formalaşdırır.
Newscenter.az pravda.ru-ya istinadən bildirir ki, Hang Lung Properties şirkətinin baş direktoru Alan Uottsun sözlərinə görə, standart xidmətlər dəsti artıq kifayət deyil. Çünki tələb fərdiləşdirməyə və spesifik xidmətlərə doğru dəyişib.
O bildirib ki, ev heyvanları əsas amil halına gəlib. Bu təlabatdan irəli gələrək Şanxay və Honkonqda otellər xüsusi otaqlardan tutmuş baxım və ev heyvanları üçün spa mərkəzlərinə qədər ev heyvanlarına uyğun yaşayış yerləri və infrastruktur təqdim edir. Ev heyvanları artıq ailə üzvləri kimi qəbul edilir və bu da müəssisələri ev heyvanlarına uyğun şəraitə investisiya qoymağa sövq edir.
Eyni zamanda, yerli kimliyə tələbat artır. Otellər yerli incəsənəti, regional mətbəxi və adət-ənənələri xidmətlərinə inteqrasiya edirlər. Bu təcrübələrə çay mərasimləri, yerli aşpazların ustad dərsləri və regional rəssamların əsərlərindən ibarət sərgilər daxildir.
Bu dəyişikliklər Çində istehlakda ümumi transformasiyanı əks etdirir və unikal təcrübələrə tələb qonaqpərvərlik sektorunda əsas seçim meyarına çevrilir.
Anar
Bu mövzuda digər xəbərlər:Çindəki zəlzələdə 1907 ev zərər görüb
21 Yanvar 2026 21:23
“Volkswagen” Çindəki zavodunu satacaq
27 Noyabr 2024 21:35
Volkswagen Çindəki zavodunu bağlayır
11 İyul 2025 17:18
Çindəki amerikalı məmurlara sevgi QADAĞASI
04 Aprel 2025 02:02
Çindəki paraddan maraqlı görüntülər Video
03 Sentyabr 2025 10:49
Baxış sayı:95
Bu xəbər 17 Sentyabr 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















