Icma.az
close
up
RU
Çindən Avropaya ilk dəfə

Çindən Avropaya ilk dəfə

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Orta Dəhliz vasitəsilə yük qatarı Bakıya yola düşüb

Çinin Hubey əyalətinin Uhan şəhərindən elektron avadanlıqlar, məişət texnikası və gündəlik tələbat malları ilə yüklənmiş Çin-Avropa yük qatarı Bakıya yola düşüb. Bu, Uhandan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsi ilə Bakıya gedən ilk birbaşa Çin-Avropa yük qatarıdır. Qatar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd-keçid məntəqəsindən Qazaxıstana, ordan isə Xəzər dənizi ilə Bakıya çatacaq. Dəmir yolu və dənizi birləşdirən multimodal nəqliyyat vasitəsilə səyahətin 18 gün ərzində başa çatacağı gözlənilir.

Qlobal logistika mühitində yeni hadisə olan bu nəqliyyat daşımaçılığı  ənənəvi beynəlxalq logistika kanalları ilə müqayisədə daha sərfəli və maneəsiz hesab edilir. Belə ki, bu marşrut daha aşağı geosiyasi risklər, daha güclü təchizat zənciri dayanıqlılığı və daha idarəolunan nəqliyyat əlaqələri təklif edir. Eləcə də adıçəkilən nəqliyyat xətti Hubeyin ixrac yönümlü müəssisələrinin inkişaf etməkdə olan Avrasiya bazarlarına genişlənməsi üçün yüksək səmərəli və sabit logistika arteriyası təmin edir.

Vahid Asiya-Avropa nəqliyyat blokunun yaradılması

Qeyd edək ki, bölgədə baş verən son geosiyasi proseslər  Avropa İttifaqının (Aİ) da Orta Dəhlizə marağını artırıb. Xeyli müddətdir ki, Trans-Qazaxıstan dəhlizinə maliyyə dəstəyi verən Aİ Orta Dəhlizin digər nəqliyyat bağlantıları ilə sıx əlaqələndirilməsi və yeni infrastrukturların yaradılması üçün öz təşəbbüskarlığını daha da artırıb. Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole bəyan edib ki, Orta Dəhlzinin böyük coğrafi imkanları nəzərə alınmaqla nəqliyyat hərəkətliliyinin intensivləşdirilməsi üçüb sərmayə yatırılması məsələləri diqqətdə saxlanılmalıdır. Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizin formalaşması istiqamətində səylərini müsbət dəyərləndirən cənab Holole vahdi Asiya-Avropa nəqliyyat blokunun yaradılması sayəsində tam rentabelli logistika arteriyasının işinin təmin ediləcəyinə əminliyini vurğulayıb. 

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır. Bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biri Azərbaycandır.  Rəsmi Bakı Çin və Aİ ilə bu layihənin imkanlarını bir neçə ilə əvvəl geniş müzakirə edib və beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevirməyi təklif edib. Xüsusilə də son 2 ildə regionda yaranmış yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi reallıqlara əsaslanaraq ölkəmiz regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynamnağa başlayıb.

Azərbaycan və Çinin müəllifi olduğu layihə...

Yeni İpək Yolunun əsas müəllifi olan Çin bu layihənin gerçəkləşməsində Azərbaycanın iradəsini xüsusilə müsbət dəyərləndirir. Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoy Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına toxunarkən Cənub və Şimal, Şərq və Qərb nəqliyyat körpülərinin üzərində mövqe tutan Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün liderliyini də yüksək dəyərləndirdi və bu məsələdə rəsmi Pekinin ölkəmizdə siyasi-iqtisadi dəstəyini ifadə edib. Cənab Siaoyun qənaətinə görə, Çin Orta Dəhlizin ən axıcı və hərəkətverici qoluna çevrilə biləcək Transxəzər Nəqliyyat Dəhlizinə müsbət yanaşır və bu sahədə Azərbaycanla birgə zəruri addımlar atmağa hazırdır. Çünki bu dəhliz qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdır və böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafa ciddi təkan yaradır. Həmçinin, beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına töhfə verir..

Məhz Çin və Azərbaycanın artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya ölkələrinin TransXəzərə cəlb olunması daha da aktuallaşıb və hüquqi-iqtisadi əsaslar yaranıb. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan Çinlə iqtisadi-ticari münasibətlərin inkişafı fonunda Pekinin bu dəstəyinə arxalanaraq TransXəzərə olan ehtiyacını bəyan edib. Digər Mərkəzi Asiya ölkələri də bu dəhlzin imkanlarını dəyərləndirərək eyni mövqe nümayiş etdirir. Özbəkistanın, Qırğızıstanın, Tacikistanın dövlət başşılarının son dövrlərdə Azərbaycana səfərləri zamanı ən aktual mövzulardan biri də məhz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı olub.

Bakı və Türkmənbaşı Avrasiya Nəqliyyat Marşrutunda əməkdaşlığı genişləndirir

Türkmənistan hökuməti də Orta Dəhliz layihəsində öz səylərini artırmaqdadır. Rəsmi Aşqabad dəhlizin ən mühüm qovşaqlarından biri olan Xəzər nəqliyyat bağlantısını möhkəmləndirmək üçün Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir. Ötən gün ölkəmizdə olan Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulı Ataqulıyevin Bakı Beynəlxalq Dəniz Limanında “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri ilə görüşü də bu niyyətdən xəbər verir. Bakı Limanı haqqında, o cümlədən ADY-yə inteqrasiyasından sonra burada görülmüş işlər və Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə məlumatla tanış olan Türkmənistan nümayəndə heyəti aktiv logistika lanşaftındakı vəziyyəti yüksək dəyərləndirib. Rekord həcmdə - 100 min TEU konteynerdən çox yük daşınan limanın nəhəng infrastruktur imkanlarını nəzərə alan Türkmənistan hökuməti bu nəqliyyat xəttinə qoşulmaq üçün imkanlarını səfərbər edəcəyini bildirib. Belə ki, ikitərəfli əməkdaşlıq çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması nəzərdə tutulur ki, bu da vahid nəqliyyat siyasətinə xidmət edir. Eyni zamanda, tərəflər Orta Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi və Şərq-Qərb-Şərq istiqamətində yük axınının artırılması üçün daha fəal addımlar atmaq niyyərtindədir.

ABŞ Orta Dəhlizi regional əməkdaşlıq layihəsi hesab edir

Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi, Avropa və Asiyanı birləşdirən Orta Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslər və infrastruktur layihələrinin əhəmiyyəti ABŞ tərəfindən də diqqətlə izlənilir. Rəsmi Vaşinqton Orta Dəhlizin coğrafiyasında ticarət və enerji marşrutlarının şaxələndirilməsinə və region ölkələrinin rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.

Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) yaradılmasında xüsusi təşəbbüskarlıq göstərərək dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır.

Azərbaycanın əhəmiyyətli geoiqtisadi və coğrafi mövqeyi TransXəzər-Qərb nəqliyyat habını formalaşdırır və bu logistika quruculuğu Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Orta Dəhlizin növbəti həlqəsinə çevrilməkdə olan Zəngəzur qovşağına Amerikanın xüsusi marağı və  “Tramp Marşrutu”nun (TRIPP) ərsəyə gəlməsi də bu strateji baxışa söykənir. Bu kimi təşəbbüslərin artması, o cümlədən ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə bir müddət əvvəl görüşün keçirilməsi Orta Dəhliz və müasir kommunikasiya quruculuğunda Vaşinqton-Bakı təşəbbüskarlığının əzmkar nümunəsi kimi dəyərləndirilə bilər.

Göründüyü kimi Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu TransXəzər dəhlizinin fiziki sxemi artıq formalaşmaq üzrədir. Bu dəhlzin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. Beləliklə, ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Transxəzər Nəqliyyat Dəhlizi Azərbaycan müasir geoiqtisadi və geosiaysi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri