Rusiya strateji baxımdan məğlub olub Cavanşir Feyziyev
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Milli Məclisin deputatı Cavanşir Feyziyev Media Türk İnternet Televiziyasının efirində Rusiya-Ukrayna müharibəsi, Qərbin mövqeyi, Yaxın Şərqdə artan gərginlik, Azərbaycan-Türkiyə münasibətləri və ölkəmizin beynəlxalq siyasi mövqeyi ilə bağlı fikirlərini açıqlayıb.
Deputat bildirib ki, Rusiyanın Ukraynanın kapitulyasiyaya yaxınlaşması və müharibədə qalib gəlməsi barədə səsləndirdiyi fikirlər daha çox Kremlin təbliğat siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, müharibənin başlanmasından təxminən beş il keçməsinə baxmayaraq, Rusiya ilkin hərbi-siyasi məqsədlərinə nail ola bilməyib.
“Müharibənin ilk günlərində Kiyevi qısa müddətdə ələ keçirməyi və Ukraynada özünə bağlı hakimiyyət formalaşdırmağı planlaşdıran Moskva bu günədək Ukrayna ərazisində qarşıya qoyduğu məqsədləri reallaşdıra bilməyib. Rusiyanın hücum imkanları zəifləyib, Ukrayna ordusu isə ayrı-ayrı əməliyyatlar nəticəsində işğal olunmuş ərazilərin bir hissəsini azad etməyə nail olub.Ukraynanın təslim olmasından danışmaq üçün real əsas yoxdur. Avropa İttifaqının Ukraynaya dəstəyi davam etdirməkdə maraqlı olduğunu bildirən deputat qeyd edib ki, Ukraynanın işğalı Avropanın təhlükəsizliyi üçün də ciddi təhdid yarada bilər. ABŞ vasitəsilə keçirilən Rusiya-Ukrayna danışıqlarından ciddi nəticə gözləmək üçün əsaslar məhduddur. Münaqişənin həlli üçün Ukraynanı dəstəkləyən beynəlxalq qüvvələrin vahid mövqedən çıxış etməsi vacibdir.”- deyə Cavanşir Feyziyev bildirib.
Deputat Rusiyanın irəli sürdüyü ərazi və təhlükəsizlik tələblərini qəbuledilməz hesab edərək bildirib ki, Moskvanın iddiaları yalnız Ukraynanın əraziləri ilə məhdudlaşmır, Şərqi Avropada NATO-nun mövcudluğunun dəyişdirilməsi kimi daha geniş geosiyasi məqsədləri də əhatə edir.
Daha ətraflı videoda:
Baxış sayı:121
Bu xəbər 14 Noyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















