Icma.az
close
up
RU
Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Çinin iqtisadi cəhətdən ən inkişaf etmiş bölgələrindən olan Quandon əyalətinin paytaxtı Quancou şəhərindən ilk yük qatarı Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan – Gürcüstan-Qara dəniz vasitəsilə Türkiyənin İstanbul şəhərinə yola düşüb. Qatar Quandon əyaləti, Honkonq və Makao şəhərlərini əhatə edən Böyük Körfəz regionu ilə Türkiyə arasında logistika dəhlizində mühüm irəliləyişdir. Sentyabrın 6-da Quancou beynəlxalq limanından yola düşən qatar 50 ədəd 40 futluq konteynerlərdə məişət texnikası, geyim və digər məhsullar var.

Dəmir yolu-dəniz-dəmir yolu multimodal daşıma modelinə əsaslana marşrut üzrə hərəkət edən qatarın 20 gün ərzində İstanbula çatması gözlənilir. Qatar Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçərək, yükləri Aktau limanına çatdıracaq. Konteynerlər Xəzər dənizində bərə vasitəsilə Bakıya, oradan isə dəmir yolu ilə Qara dənizə çatdırıldıqdan sonra yenə bərəyə yüklənəcək. Son mərhələdə yüklər Trabzon limanından dəmir yolu ilə İstanbula yola salınacaq. İki dənizi əhatə edən bu marşrutun ümumi uzunluğu 10 min kilometrə yaxındır. Bu, ənənəvi dəniz yolundan 30 faiz qısadır və daşıma vaxtını dəniz yolu ilə müqayisədə 15 gün azaldır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri