Icma.az
close
up
RU
Çindən özü birbaşa avtomobil idxal edən alıcılara qarşı tədbir görüləcək? AÇIQLAMA

Çindən özü birbaşa avtomobil idxal edən alıcılara qarşı tədbir görüləcək? AÇIQLAMA

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Ötən il Azərbaycana idxal olunan avtomobillərin 45%-i paralel idxaldır, yəni “boz bazar”dan. “Boz bazar” isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuzuna Çindən istehsalçı şirkətdən maşını alıb, öz adına idxal edir. Bu rəqəm isə Azərbaycanda sahibkarları və dilerləri narahat edib.

Bununla bağlı Sfera.az-a açıqlama verən texnobloqer Fərid Pərdəşünas deyib ki, məlumatlara görə, sahibkarlar vətəndaşların belə alışlarına məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı dövlətə müraciət edib:

“Hətta bununla bağlı Federasiya məhdudiyyətləri əks etdirən təklif hazırlanır. Düşünürəm ki, bu, çox absurd yanaşmadır. Birincisi, azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə, bir təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı. Yaxud Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə, sahibkar ondan artığını edir? Düşünürəm ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər. Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidirlər: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib oradan alacaq”.

Texnobloqer qeyd etdi ki, dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır:

“Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100% rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır. Hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. Hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq bazarda ucuz avtomobil almağa imkan yaradıb. İnsanlar 20-30 minə təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalı, direktiv qərarlardan mədət ummamalıdırlar”.

Günay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri