Icma.az
close
up
RU
CineMastercard da “Materialistlər” filmi ilə Çiçəkli əyləncə FOTOLAR

CineMastercard da “Materialistlər” filmi ilə Çiçəkli əyləncə FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 iyun: “Amburan Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında yay mövsümünün təntənəli açılışı baş tutub. SİA xəbər verir ki, açıq səma altında keçirilən Çiçəkli əyləncə yay, təbiət və keyfiyyətli kino sevərləri bir araya gətirib. Çiçəklərin zərif ətri, işıq şousu və həzin musiqi rahat bir axşam əhval-ruhiyyəsi yaradıb. Qonaqları pantomim qarşılayıb və hər bir xanıma çiçək təqdim edərək sehrli bayram ab-havası bəxş edirdi. Gecənin xüsusi məqamı isə filmin süjetinə əsaslanan rəqs tamaşası oldu — bu performans tamaşaçıları valeh edərək onları kino və incəsənətin möcüzəvi aləminə qərq etdi. Dəvət olunmuş qonaqlar arasında tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri yer alıblar. Tədbirin təşkilində “7 Gül” gül butiki, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Millennium” dondurmaları, “Balli Bisi” şirniyyat evi, işıq effektləri “ProEvents”, Azərbaycanda ilk orqanik şərab istehsalçısı - “Meysəri” şərabları və Red Bull dəstək göstəriblər. Gecənin sonunda Amerika istehsalı olan “Materialistlər” adlı komediya filmi nümayiş olundu. Ekran əsəri tədbirin yüngül və romantik təəssüratını mükəmməl şəkildə tamamladı. Filmin ssenari müəllifi və rejissoru Selin Sondur. Baş rolları Dakota Conson, Pedro Paskal və Kris Evans canlandırıblar. Film haqqında qısa məlumat: Peşəkar evlilik agenti Lüsi sevgi haqqında hər şeyi bildiyinə əmindir. Qəlbləri ustalıqla birləşdirən Lüsi özü subay qalmağa davam edir. Lakin cazibədar milyonçu Rendi onunla maraqlanmağa başlayanda və keçmiş sevgilisi, yaraşıqlı Con yenidən ortaya çıxanda, Lüsi anlayır ki, əsl sevgi heç bir formul və hesabla ölçülə bilməz.

Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub. “CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri