Icma.az
close
up
RU
“Çingiz Abdullayev az deyib, Azərbaycanda 3.000 dən çox yazıçı var, 3 min oxucu olmasa da...“ Aqşin Yenisey

“Çingiz Abdullayev az deyib, Azərbaycanda 3.000 dən çox yazıçı var, 3 min oxucu olmasa da...“ Aqşin Yenisey

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanda 3000 yazıçı var". Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib. “Biz inanırıq ki, növbəti mərhələdə bu müəllflər yazdıqlarına görə qonorar alacaqlar”, - o qeyd edib.

“Cebheinfo.az”a açıqlamasında Kəramət Böyükçöl bildirib ki, 3 min yazıçının olması onların hamısının yazıçı olması demək deyil. O qeyd edib ki, Azərbaycanda heç 3 min oxucu yoxdur: “Azərbaycanda 3 min yazıçının olması o deməkdir ki, onların hamısı yazıçı deyillər. Balaca bir ölkədə 3 min yazıçı olar? Azərbaycanda heç 3 min oxucu yoxdur, nəinki 3 min yazıçı ola... Əvvəla, 3 min yazıçı yoxdur, əgər varsa belə, onların içində Çingiz Abdullayev yoxdur”.

Yazıçı kimə deyilir? Niyə çox az sayda Azərbaycan yazıçısı dünyada tanına bilir?

Mövzu ilə bağlı tanınmış yazıçı, şair-publisist Aqşin Yenisey “Yeni Müsavat”a danışıb:

“Əslində, Çingiz Abdullayev az deyib. Azərbaycanda 3.000-dən çox yazıçı var. Oxucuların sayı az olsa da, şair və yazıçı, daha doğrusu, yazıçı və şair obrazına bürünmüş insanlar çoxdur. Ona görə məktəblər, universitetlər, dövlət idarələri, xəstəxanalar yazıçı və şairlərlə doludur. Və bir az dərindən maraqlananda, ciddi araşdırma aparanda məlum olur ki, bu cür qurumlarda işləyənlərin əksəriyyətinin hər hansı bir əsəri var: istər şeir olsun, istər nəsr. Mütləq ortalığa belə kitablar, əsərlər çıxır.

Məsələn, bu yaxınlarda bir restoranda qonaq idik, məlum oldu ki, restoran müdürünün romanı var, özü roman yazır. Halbuki adam gözləməz ki, belə bir müəssisənin sahibi yaradıcılıqla da məşğul olsun. Mən öz təcrübəmdən bilirəm: müxtəlif peşə sahibləri ilə şəxsi ünsiyyət zamanı üzə çıxır ki, adamın şeirlər kitabı var, ya romanı, ya da hekayələr kitabı. Burada, əslində, neqativ bir şey görmək olmaz. İnsanlar yəqin ki, özlərini daha rahat ifadə etmək üçün bu cür yollara əl atırlar. Məsələn, özünü mediada ifadə edə bilmir, televiziyada fikirlərini söyləyə bilmir, ən təhlükəsiz yer yaradıcılıqdır. Yəni, öz fikirlərini bu şəkildə, ən azı qohum-əqrəba çevrəsində tanınan kitablarda ifadə edir. Mən bunun əsas səbəblərindən birini də ifadə azadlığının şəxsi yaradıcılığa sıxışdırılmasında görürəm.

İkinci bir məsələ isə bizim yazarların, yazıçılarımızın dünya ədəbiyyatına, dünya mədəniyyətinə çıxmamasıdır ki, bu, artıq çox ciddi məsələdir. Bu, Çingiz Abdullayev səviyyəsində yox, dövlət səviyyəsində müzakirə olunmalı məsələdir”.

Aqşin Yeniseyin fikrincə, dünya miqyasında tanınmaq, dünya ədəbiyyatına çıxmaq sırf yazıçının istedadından asılı məsələ deyil, bu işlərdə sistemli yanaşma tələb olunur:

“Məsələn, iki il əvvəl Norveç yazıçısı Nobel mükafatı aldı. Amma onun arxasında on illərlə davam edən dövlət dəstəyi vardı. Norveçin Mədəniyyət Nazirliyi həmin yazıçını Nobel mükafatına hazırlayırdı: əsərlərini tərcümə etdirir, nəşr etdirir, dövlətin ayırdığı vəsaitlə onu beynəlxalq səviyyədə tanıtdırırdı.

Yəni, dünya miqyasında tanınmaq, dünya ədəbiyyatına çıxmaq sırf yazıçının istedadından asılı məsələ deyil. Bu, daha çox strateji məsələdir. Dünyada yüzlərlə yazıçı var ki, ədəbi dəyəri bir qəpiklik deyil, yazdıqları bayağı və mənasızdır. Əgər həmin əsərlər Azərbaycanda yazılsaydı, biz özümüz o yazıçını tənqid edərdik ki, niyə belə yazır. Amma onlar bütün dünyada tanınır, çünki arxalarında təbliğat, maliyyə və dövlət dəstəyi var. Dünya kitab bazarı bu cür yazıçılarla doludur.

Məsələn, bu yaxınlarda “Vegeterian” adlı roman Nobel mükafatına layiq görüldü. Onun müəllifi Cənubi Koreyadan idi. Nobel mükafatı veriləndən sonra həmin əsərə maraq artdı. Biz də oxuduq. Halbuki son müstəqillik dövründə Azərbaycanda yazılan bir çox romanlarla müqayisədə ən zəif əsərdir. Əgər bu roman Azərbaycanda çap olunsaydı, heç diqqət çəkməzdi. Amma Cənubi Koreya dövlət strategiyası ilə həmin yazıçını Nobel səviyyəsinə qədər gətirdi.

Eyni vəziyyət başqa nümunələrdə də görünür. Bir neçə il əvvəl Buker mükafatı almış bir qadın yazıçının əsərləri ilə tanış olduq. Onun yaradıcılığında gördüyümüz odur ki, əsərlər Avropa siyasətinin konjunkturasına uyğun yazılıb. Mövzular sadə, dil bəsitdir. Amma Avropa siyasətinə cavab verdiyi üçün həmin yazıçıya Buker mükafatı verildi və bütün dünyada tanındı. Halbuki o əsəri mən yazsaydım, öz həmkarları tərəfindən fitə basılardı.

Deməli, bu məsələdə əsas ölçü yazıçının istedadı və yaradıcılıq bacarığı deyil. Burada əsas amil dövlətin mədəniyyət siyasətidir. Biz illərlə özümüzü aldatmışıq ki, guya yazıçılarımız zəifdir, əsərlərimiz bərbaddır deyə dünya bizi tanımır. Əslində isə dünya ədəbiyyatına çıxmaq istedadla yox, dövlətin mədəniyyət ixracı siyasəti ilə bağlıdır.

Bugün Expo kitab mərkəzində bizim naşirlərin gətirdiyi, dünyaca tanınmış yüzlərlə yazıçının əsərləri var. Amma onların əksəriyyəti mənasız, bayağı əsərlərdir. Əgər onların öz istedadına qalsaydı, bəlkə də doğma şəhərlərindən kənarda belə tanınmazdılar. Amma dövlət strategiyası olduğuna görə, dövlətin mədəniyyət siyasəti və mədəniyyət ixracı xətti olduğuna görə onlar dünya bazarına çıxırlar, dünyanın paytaxtlarına qədər gedirlər. Bizim də yanaşmamız belə olmalıdır”.

Aqşin Yenisyev vurğulayıb ki, nə qədər ki, Azərbaycanın mədəniyyət ixracı haqqında dövlət konsepsiyası və strategiyası formalaşmayacaq, o vaxta qədər yazıçılarımız dünya səhnəsində görünməyəcək:

“Düzdür, artıq bu proses başlanıb. Mən özüm Mədəniyyət Nazirliyinin mədəniyyət ixracı ilə bağlı bir neçə formatda keçirilən müzakirələrində iştirak etmişəm. Konsepsiya və strategiya hazırlanır. Təbii ki, nəticəsini 10-15 ildən sonra görə biləcəyik.

Ona görə də biz yanaşmamızı dəyişməliyik: yazıçıların dünya miqyasında tanınması təkcə onların istedadı ilə yox, dövlətin mədəniyyət siyasəti ilə mümkün olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri