Icma.az
close
up
RU
“Çingiz Aytmatov və Azərbaycan” cildinin sözlüyü ilə bağlı növbəti müzakirələr aparılıb

“Çingiz Aytmatov və Azərbaycan” cildinin sözlüyü ilə bağlı növbəti müzakirələr aparılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Baki, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyevlə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun birgə layihəsi olan “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bağlı müzakirələr aparılıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Çingiz Aytmatovun şəxsiyyəti, yaradıcılığı hər zaman ölkəmizdə diqqət mərkəzində olub və Azərbaycan dünyada Aytmatovşünaslığın əsas mərkəzlərindən biri kimi qəbul edilir. O, qonağa Ədəbiyyat İnstitutunun apardığı bir sıra beynəlxalq layihələr - “Nizami Gəncəvi və Şota Rustaveli, “Şəki və Qavrilov lətifələri” və digərləri barədə məlumat verib və bunların sırasında qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Azərbaycan-qırğız ədəbi-mədəni əlaqələrinin inkişafına verdiyi layiqli töhfələr nəzərə alınaraq hazırlanan “Çingiz Aytmatov və Azərbaycan” nəşrinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Akademik İsa Həbibbəyli cari il Qırğızıstana səfəri çərçivəsində ensiklopediyanın “Çingiz Aytmatov və Azərbaycan” cildinin sözlüyü ilə bağlı bir sıra mühüm müzakirələrin aparıldığını, bu gün isə akademik Abdıldajan Akmataliyevin ölkəmizdə olmasından irəli gələrək növbəti müzakirələrin keçiriləcəyini söyləyib. AMEA rəhbəri cilddə yer alacaq oçerklərin sözlüyünün və müəlliflərinin müəyyənləşdirildiyini, işi sürətləndirmək məqsədilə əlavə müəlliflərin də cəlb olunacağını diqqətə çatdırıb. Nəşrin çapının 2026-cı il üçün nəzərdə tutulduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın bu addımının Türk dünyasının akademiyalarına ilham verəcəyini, ensiklopediyanın Türkiyə, Qazaxıstan, Özbəkistan cildlərinin hazırlanması üçün geniş yol açacağını söyləyib.

Bu günlərdə özünün də iştirakı ilə UNESCO səviyyəsində Çingiz Aytmatova həsr olunmuş tədbirin keçirildiyini bildirən AMEA rəhbəri həmin yığıncaqda qəbul edilmiş qərarla 2028-ci ildə ədibin 100 illik yubileyinin beynəlxalq miqyasda qeyd olunacağını diqqətə çatdırıb. Bildirib ki, bundan irəli gələrək “Çingiz Aytmatov və Azərbaycan” cildinin beynəlxalq dillərə tərcüməsi də olduqca vacib məsələlərdəndir.

Akademik İsa Həbibbəyli Çingiz Aytmatovun məktublarının tədqiqata cəlb olunmadığını, Ədəbiyyat İnstitutunda tezliklə “Çingiz Aytmatov və məktubları” layihəsinin icrasına başlanılacağını söyləyib.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxışında qeyd edib ki, ensiklopediyanın cildinin hazırlanması ilə bağlı materiallar toplanılıb, sözlük hazırlanıb, Azərbaycandan olan müəlliflər müəyyən olunub, bir çox qurumlarla əlaqələr qurulub.

İnstitutun gənc tədqiqatçılarından Orxan İsayev, Nəzrin Əliyeva, Pərvanə Kərimova və başqaları müəlliflər sırasındadır. Həmçinin Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana, Türk Mədəniyyəti və İrsi Fondundan materialların əldə edildiyini, nəzərdə tutulan yüz on məqalənin əksəriyyətinin ilkin variantının yazıldığını deyib.

Akademik Abdıldacan Akmataliyev çıxışında bildirib ki, Azərbaycan Çingiz Aytmatovla bağlı görülən işlərin öncüllərindəndir. O, ədibin 100 illiyinə hazırlıqla bağlı “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması ilə yanaşı, digər işlərin də görüldüyünü diqqətə çatdırıb. Yeni nəşrdə Çingiz Aytmatovun əsərlərindəki “Manas”, “Koroğlu” və “Dədə Qorqud” dastanları ilə bağlı nüansların da işlənilməsinin zəruriliyini söyləyib. Bundan əlavə, Azərbaycanda Çingiz Aytmatova həsr olunmuş elmi əsər və monoqrafiyaların da oçerklərinin hazırlanmasını təklif edib.

“Ədəbiyyat qəzetinin”şöbə müdiri Əməkdar jurnalist Adil Cəmil Qırğızıstan və qırğız ədəbiyyatı ilə bağlılığının 20 ildən çox olduğunu bildirib. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetində “Manas” eposu və türk dastançılıq ənənəsi” mövzusunda dissertasiya müdafiə etdiyini, qırğız ədəbiyyatı ilə bağlı bir sıra əsərlər yazdığını söyləyib. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə “Manas” dastanının 1000 illik yubileyində iştirak edərkən Bişkekdə Çingiz Aymatovla görüşdüyünü qeyd edib. Ədibin oğlu Əsgər Aytmatovla şəxsi əlaqlərindən danışan natiq onun vasitəsilə ensiklopediyanın cildi üçün materiallar toplayacağını da diqqətə çatdırıb.

Sonda yeni təkliflərin “Çingiz Aytmatov və Azərbaycan” cildində yer alması ilə bağlı razılıq əldə olunub, hazırlıq işlərinin 2026-cı ilin martında yekunlaşması qərara alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri