Çingiz Hüseynzadə: İnanıram ki, AFFA nın yeni rəhbərliyi buna nail olacaq
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yeni strategiya hazırlanır. Ümid edirəm ki, məhz bunun nəticəsində Azərbaycanda futbol inkişaf edəcək və lazım olan səviyyəyə çatacaq". Sport24.az xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat Konfransında deyib.
MOK rəsmisi müstəqillik qazanandan sonra bütün dünyaya yüksək nəticə qazana bildiyimizi sübut etdiyimizi söyləyib:
"Əsas odur ki, istək olsun. İnanıram ki, AFFA-nın yeni rəhbərliyi buna nail olacaq. Bir il tez keçdi. Bu il yığma komandalarımız zəif çıxış etdi. Bu o demək deyil ki, kollektiv idman növlərində nəticələrimiz olmayacaq. 3x3 basketbol üzrə Azərbaycan komandası Paris olimpiadasında 7-ci yeri tutub. Ümid edirəm ki, növbəti olimpiadada futbol millimiz də yer alacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Aprel 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















