Çingiz Kişiyev: İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ölkəmiz noyabrın 23-dən 29-dək çox böyük idman yarışına ev sahibliyi edəcək. Federasiya olaraq yarışın yüksək səviyyədə təşkili üçün əlimizdən gələn bütün səyI göstərmişik. Dünya çempionatı formatında bu yarış ilk dəfə keçirilir. Artıq 35-dən çox ölkədən idmançının iştirakı təsdiqlənib. Yeddi gün ərzində həm həvəskar MMA, həm də grapplinq üzrə yarışlar təşkil olunacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının vitse-prezidenti Çingiz Kişiyev deyib.
O vurğulayıb ki, bu yarışda, ilk dəfə UWW - United World Wrestling təşkilatının xüsusi patentləşdirilmiş kəməri həm grapplinq, həm də MMA üzrə dünya çempionu olan idmançılara təqdim ediləcək:
"Bu yenilik ilk dəfə Azərbaycanda tətbiq olunacaq və bundan sonra dünya miqyasında da həmin kəmərdən istifadə ediləcək. Bu da bizim üçün xüsusi əhəmiyyət daşıyan və qürurverici məqamlardan biridir".
Dünya Çempionatının əsas tərəfdaşı KVAN Group şirkətidir.
Çingiz Kişiyev qeyd edib ki, biznes öz əsas fəaliyyəti ilə yanaşı, sosial təşəbbüslərə də dəstək verməlidir. Bu səbəbdən də KVAN Group çempionatın əsas tərəfdaşıdır:
"Istəyirik ki, şirkətimiz əsas fəaliyyəti ilə yanaşı, bu cür təşəbbüslərə də hər zaman dəstək olsun və onların yanında dayansın. Həm federasiya, həm də şirkət olaraq bu idman növünün inkişafı üçün əlimizdən gələn səyləri əsirgəmirik. Bunu dəfələrlə vurğulamışıq ki, qreplinq hazırda dünyada ən sürətlə inkişaf edən idman növlərindən biridir. Eyni zamanda, mətbuat konfransında da qeyd etdiyimiz kimi, bu idman növünün Olimpiya Oyunlarının proqramına daxil olmaq şansı kifayət qədər yüksəkdir. İnanırıq ki, kiçik addımlarla da olsa, bu hədəfə doğru irəliləyirik. Hər kəs öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirərsə, inanıram ki, yaxın gələcəkdə qreplinq Olimpiya Oyunlarının proqramına daxil olmaq üçün təqdim ediləcək".
Qeyd edək ki, 23-29 noyabr tarixlərində Bakı dünya döyüş idmanının mərkəzinə çevriləcək. Paytaxtda qrepplinq, pankration və həvəskar MMA üzrə iki dünya çempionatı keçiriləcək. Çempionatda dünyanın 35 ölkəsindən qrapplinq üzrə təxminən 600, həvəskar MMA üzrə isə 500 idmançının iştirakı gözlənilir. İştirakçılar arasında Avropa ölkələri ilə yanaşı, Şərq, Qərb, Şimal və Cənub ölkələri də var.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 Noyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















