Icma.az
close
up
RU
Cingiz Qənizadə təsdiqlədi: “David Seliverstov”la tədbirdə iştirak etmişəm”

Cingiz Qənizadə təsdiqlədi: “David Seliverstov”la tədbirdə iştirak etmişəm”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Etibar bəy düz deyir. Dağ Yəhudiləri İcmasının binasında belə bir tədbir həqiqətən olub. Çox gözəl tədbir idi. Azərbaycanın ictmai-siyasi həyatında təmsil olunan xeyli adam bu tədbirdə iştirak edirdi”.

Bunu “Yeni Sabah”a “Demokratiya və İnsan Hüquqları Komitəsi” İB-nin sədri Çingiz Qənizadə deyib.

O, təhsil eksperti Etibar Əliyevin sözlərinə münasibət bildirərkən “David Seliverstov”un (Kazım Abbasov) sözügedən tədbirlə əlaqəsini danıb: Dördpendirli pizza

“Mən tədbirə qonaq kimi dəvət olunmuşdum. Həmçinin icma rəhbəri Milix Yevdayevlə çox yaxşı münasibətimiz, dostluğumuz var. Tədbirin keçirilməsi və planlaşdırılması mənə qədər olmuşdu.

Tədbir başlamazdan öncə, həm kitabın müəllifi, həm də kitabla bağlı digər şəxslər xahiş etdilər ki, tədbirin aparıcısı mən olum. Mən həm də Vaqif Abdullayevlə yaxın dostam. Ola bilər ki, Etibar Əliyev “David Seliverstov”u o tədbirdə görsün. Lakin bu tədbirin “David Seliverstov”a heç bir aidiyyəti yox idi. Bəhs etdiyim tədbirdə deputat Anatoli Rafaelov də iştirak edirdi. Görünür, “David Seliverstov” da onunla bərabər gəlmişdi”.

Hüquq müdafiəçisi vurğulayıb ki, “David Seliverstov” özünü dəfələrlə tədbirlərə çağırsa da, iştirak etməyib:

“David Seliverstov”la mənim tanışlığıma gəlincə, bəli, mən “David”in özünün təşkil etdiyi bir tədbirdə iştirak etmişəm. Həmin tədbirdə bir neçə millət vəkili də iştirak edirdi. Baxdım ki, tədbirin mahiyyəti və keyfiyyəti sanki görüntü xarakterlidir və belə hesab etdim ki, onun tədbirlərində iştirak etməyə ehtiyac yoxdur. Sonra məni daha bir neçə tədbirə çağırdı. Amma getmədim. O, özünü xeyriyyəçi kimi qələmə verirdi.

Bir dəfə də mən ondan xahiş etdim ki, bir kasıb tələbə ali məktəbə qəbul olub, onun təhsil haqqına sizin fond kömək etsin. Həmin tələbənin təhsil haqqını bir neçə dostla yığışıb ödədik. Zamanla “David Seliverstov”la bağlı neqativ məlumatlar mənə daxil olduqca, kəşf etməyə başladım ki, o, düzgün adam deyil. Sonralar məlum oldu ki, “David Seliverstov” dəfələrlə dələduzluq əməlinə görə məhkum olunub. Ağır Cinayətlər Məhkəməsi bu şəxs residiv elan olunub. Özünü həmişə vəzifəli şəxs kimi təqdim edib. Aldatdığı qurbanlara özünü polis və digər qurumların əməkdaşı kimi təqdim edib. Bu, milli bir dələduzdur.

Hüquq müdafiəçiləri Novella xanım, Səidə xanım, Səadət xanım və mənə müraciət olundu. Biz daha sonra bunu monitorinq qrupu ilə müzakirə etdik. “David Seliverstov” bir vətəndaşın 90 min manat pulu almışdı və qaytarmırdı. Üstəlik həmin adama hədə-qorxu gəlirdi. Daha sonra bəzi adamlar məlum verdi ki, “David Seliverstov” onları da aldadıb. Bu barədə məlumat verdik. Bu gün də cəmiyyətə müraciət edirik ki, bu şəxsin əməlindən zərər çəkənlərin hər biri mətbuata, bizə və hüquq mühafizə orqanlarına müraciət edə bilər. Onsuz da araşdırma davam edir və belə düşünürəm ki, bu milli dələduz öz cəzasını almalıdır”.

Xatırlatma: sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində David Seliverstovla birlikdə iştirak etdiyi tədbir barəsində yazıb. O qeyd edib ki, sözügedən şəxslə birlikdə 2025- ci ilin mayın 7- də sabiq icra başçısı Vaqif Abdullayevin ivrit dilinə tərcümə olunmuş “Dostumuz, müttəfiqimiz”kitabının təqdimatında iştirak edib. Həmin tədbirin aparıcısı isə Çingiz Qənizadə olub.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Avqust 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri