Icma.az
close
up
RU
Çinlə energetika təcrübəsi mübadiləsi

Çinlə energetika təcrübəsi mübadiləsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın energetika sektorunun nümayəndə heyəti Çində xüsusi təlim və texniki səfər proqramında iştirak edirlər. Energetika Nazirliyindən bildirilib ki, Çinin “Datang Corporation” şirkəti tərəfindən Azərbaycanın enerji sektorunun mütəxəssisləri üçün xüsusi təlim və texniki səfər proqramı təşkil olunub.

İki həftəlik proqram Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qabaqcıl texnologiyalar üzrə təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin genişləndirilməsi məqsədi daşıyır. Təlim proqramının açılışında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov videoformatda çıxış edərək proqramın Azərbaycan–Çin enerji əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. “Datang corporation”un baş direktor müavini Li Deyong təlim iştirakçılarını salamlayaraq proqramın uğurla həyata keçirilməsi ilə bağlı xoş arzularını bildirib.

Proqram çərçivəsində iştirakçılara külək, hidrogen enerjisi, qabaqcıl enerji saxlanc sistemləri, o cümlədən sıxılmış hava əsaslı enerji saxlancı (CAES), külək-günəş-enerji saxlancının inteqrasiya olunmuş sistemləri, müasir yüksək səmərəli qaz turbinləri, ənənəvi hidroelektrik stansiyalar və nasoslu hidroakkumulyasiya elektrik stansiyaları üzrə təqdimatlar və praktiki məlumatlar verilir.

Səfər proqramının mühüm hissəsini Çendu və Çuntsin şəhərlərində qabaqcıl sənaye və enerji layihələrinə texniki səfərlər təşkil edir. Bu səfərlər çərçivəsində Azərbaycan nümayəndələri müasir enerji texnologiyalarının tətbiqi, istismarı və enerji sistemlərinə inteqrasiyası ilə bağlı yerində təcrübə əldə edirlər.

Səfərdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edirlər.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri