Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Çinlə imzalanan 20 sənədin əhatə dairəsi daha genişdir ANALİZ

Çinlə imzalanan 20 sənədin əhatə dairəsi daha genişdir ANALİZ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanat və sənədlərin imzalanması mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Məlum olduğu kimi, ötən il Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanat imzalanıb. Lakin sonuncu sənədə diqqət yetirdikdə, artıq iki ölkə arasında münasibətlərin qısa müddət ərzində daha da dərinləşdiyinin şahidi oluruq. Ötənilki strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanatdan fərqli olaraq, bu il aprelin 23-ü imzalanan sənəddə bir sıra məqamlar diqqət çəkir. Ötən il imzalanan bəyanatda Azərbaycanla Çin ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, sonuncu sənəddə isə suverenliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək ifadə edib. Bu, Birgə Bəyanatda ən vacib məqamlardan biridir. Bəyanatda diqqətçəkən digər məqam Azərbaycan və Çinin partiyalararası, yəni Çin Kommunist Partiyası ilə Azərbaycanın hakim partiyası arasındakı əlaqələrlə bağlıdır. Ötən il tərəflər mübadilə və əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə ediblər. İndi isə hakim partiyalar arasında siyasi dialoqun təkmilləşdirilməsinə dəstək ifadə olunub. Bu da siyasi baxımdan vacib məsələdir. Digər vacib məqam ondan ibarətdir ki, ötən il imzalanan sənəddə iki ölkə arasında beynəlxalq və regional təşkilatlarda mübadilə və əməkdaşlığın dərinləşdirilməsinə toxunulub. Bu dəfə isə Azərbaycan və Çin arasında beynəlxalq və regional təşkilatlarda fəaliyyətlərin əlaqələndirilməsi, eyni zamanda, qanunverici orqanlar vasitəsilə təmasların və mübadilələrin artırılmasına diqqət yetirilir. Bu da dolayısı ilə iki ölkə arasında xarici siyasətdə qarşılıqlı maraq doğuran məsələlərdə müəyyən fəaliyyətlərin uzlaşdırılacağının şahidi olacağımızı deməyə əsas verir. Bundan əlavə, ötən il imzalanan sənəddə terrorizm, separatizm və ekstremizmə qarşı birgə mübarizə məqsədilə ümumi səylərin birləşdirilməsi məsələsinə toxunulub. Bu dəfə isə münasibətlər daha da dərinləşdirilib. Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə hər iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələrin gücləndirilməsi zəruri hesab olunub. Bu da diqqətə alınması vacib olan amillərdəndir. İmzalanan sənəddə iki ölkənin inkişaf strategiyaları və gələcəyə baxışlarının da müəyyən mənada əlaqələndirildiyinin şahidi oluruq. Sənədə diqqət yetirdikdə görürük ki, iki ölkə arasında ticarət, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əlaqələrin inkişafına xüsusi maraq var. Digər bir məqam isə Çin və Azərbaycan xalqları arasında, dil və təhsil sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlıdır. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, Fəxri Konsulluqlarda ümumvətəndaş pasportuna malik şəxslərin vizadan azad edilməsi Çin və Azərbaycan arasında yalnız iqtisadi-ticari deyil, mədəniyyət, turizm və xalq diplomatiyası sahələrində də əlaqələrin inkişafına töhfə verəcək.


Millət vəkili Əli Məsimli "Sherg.az"a bildirib ki, Azərbaycanın geostrateji və geoiqtisadi baxımdan sürətlə dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə olan Çinlə tərəfdaşlığının strateji məzmunla zənginləşən mərhələyə adlaması günümüzün diqqətçəkən hadisələrindəndir. Deputatın sözlərinə görə, dünya nəhəngi adlandırılan Çin dünya əhalisinin, eləcə də qlobal iqtisadiyyatın 17 faizini təmsil etməklə, dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malikdir: 


"Çinlə münasibətlərimizdə yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrimizə ciddi təkan verir. Bunu şərtləndirən önəmli amillərdən biri kimi iki ölkənin müxtəlif dövlət qurumları arasında sıx təmasları, qarşılıqlı səfərləri, o cümlədən hökumətlərarası və parlamentlərarası münasibətləri, xüsusən, ölkələrimizin ali rəhbərliyi səviyyəsində qarşılıqlı səfərləri göstərmək olar. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Azərbaycan-Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir. Bunun əsas konturları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da aydın göründü. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olundu. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədir. Həmçinin, sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə etdilər. Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəklədilər. Birgə Bəyanat məzmun və mahiyyət etibarı ilə Azərbaycanla Çin arasında həm siyasi dialoqun dərinləşdirilməsi, həm də iqtisadi və digər səpkili əməkdaşlığın hərtərəfli genişləndirilməsi sahəsində hər iki tərəfin siyasi iradəsini nümayiş etdirir".


Parlament üzvü vurğulayıb ki, danışıqların nəticələri, birgə bəyanatın və imzalanmış 20 sənədin əhatə dairəsinin genişliyi göstərir ki, Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır:

 "Çin bütün sahə və istiqamətlərdə Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək və dərinləşdirməkdə maraqlıdır. İki ölkə arasındakı əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edir. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Ticari-iqtisadi, sənaye, investisiya və digər sahələrdə əməkdaşlıq getdikcə daha çox dərinləşir. Bu, özünü ticarət əlaqələrinin dinamikasında daha əyani göstərir. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, hazırda 3,7 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 2,4 milyard dollar çoxdur. Təkcə ötən il ticarət dövriyyəsində 2023-cü illə müqayisədə 21 faizə yaxın artım olub".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 06:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri