Icma.az
close
up
RU
Çinlə viza rejiminin ləğvi yeni iş yerlərinin açılması üçün müsbət addımdır Günay Hüseynova

Çinlə viza rejiminin ləğvi yeni iş yerlərinin açılması üçün müsbət addımdır Günay Hüseynova

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Mərasim çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

Viza rejminin ləğvi nələrə səbəb olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova öncə qeyd etdi ki, Çin ilə iqtisadi və digər sahələrdə əməkdaşlığımız illərdir davam edir:

"2024-cü ilin iyulunda Astanada Azərbaycan və Çin Prezidentlərinin görüşü, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanması, bir növ bu tərəfdaşlığı sürətləndirdi. Bununla belə, Azərbaycan Çin tərəfindən təşəbbüs göstərilmiş “Bir Kəmər, Bir Yol” layihəsinin ilk dəstəkçilərindən biridir. 2024-cü ilin əvvəllərində Çin ilə tranzit daşımaların həcmi 31,6% artaraq 178.000 tona çatmış, dəmir yolu daşımaları isə 94% təşkil etmişdir. 2024-cü ilin ilk rübündə bu ölkə ilə ticarət dövriyyəmiz 47,5% artaraq 2,5 milyard dollar təşkil edib. İxracda payımız 38% artaraq 74 milyon dollar, idxalda isə 47,7% artaraq 2,5 milyard dollara yüksəlmişdir. Hələ ki, iqtisadi baxımdan mənfi ticarət saldosundayıq".

Müsahibimiz qeyd etdi ki, mənfi ticarət saldosunun əsas səbəbi yaşıl enerji və sənaye əməkdaşlığı çərçivəsində olan ticarət dövriyyəsidir.

"Belə ki, Çinin BYD şirkəti ilə əməkdaşlığı çərçivəsində elektrikli avtomobillərin və onların ehtiyat hissələrinin idxalı ticarət saldosuna təsir göstərib. Çinlə viza rejiminin aradan qaldırılması Azərbaycanda sahibkarlığın inkişafı və bununla yanaşı yeni iş yerlərinin açılması üçün müsbət addımdır. Lakin bir məsələ var, kiçik sahibkarlıq və ya yeni biznesə başlayanlar üçün çətinlik təyyarə biletlərinin yüksək qiymətləri ilə bağlıdır. Bu sahədə də iqtisadi uyğunluq olsa, düşünürəm ki, faydalı olar", - deyə G.Hüseynova bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri