Icma.az
close
up
RU
Çinli pianoçu: Üzeyir Hacıbəylinin operettası adi məhəbbət hekayəsindən daha çox məna daşıyır

Çinli pianoçu: Üzeyir Hacıbəylinin operettası adi məhəbbət hekayəsindən daha çox məna daşıyır

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 19 sentyabr, AZƏRTAC

2025-ci il sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan müasir peşəkar musiqisinin banisi, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olub.

AZƏRTAC bu əlamətdar hadisə münasibətilə tanınmış musiqi və mədəniyyət xadimləri ilə silsilə söhbətləri davam etdirir. Tanınmış çinli virtuoz pianoçu, “İpək Yolu” Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri Klaudiya Yanq Üzeyir Hacıbəylinin yaradıcılığından bəhs edib.

Azərbaycan mənim üçün heç də uzaq məmləkət deyil. Bu ölkəyə səfər etmiş bir çox dostum onun bədii enerjisinə, xalqının istiqanlılığına və alicənablığına, ənənə ilə müasirliyin heyrətamiz harmoniyasına dərin heyranlıq təəssüratı ilə qayıdıb.

Bir pianoçu kimi, həmişə bir çox mədəniyyətə məxsus musiqisini mənimsəməyə çalışmışam. Qərb klassik ənənələri ilə yanaşı, məni Çinin və bütün dünya xalqlarının musiqi irsi də eyni dərəcədə cəlb edir. 2021-ci ildə Çin Mədəniyyət və Turizm Nazirliyi və Hubey əyalətinin birgə təşkil etdiyi “Belt and Road Great Wall” Beynəlxalq Xalq Mədəniyyəti və İncəsənət Festivalının bədii rəhbəri kimi xidmət etməkdən şərəf duydum. Mənim rolum beynəlxalq sərgilər və konsertlər hazırlamaq və onları həyata keçirmək idi.

Məhz həmin il məndə xarici operetta təqdim etmək ideyası yarandı və seçimim, təbii ki, dünyanın ən sevilən əsərlərindən biri olan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı “Arşın mal alan” operettasının üzərində oldu.

Pandemiya xarici musiqiçilərin cəlbini qeyri-mümkün etdi, ona görə də Çindəki görkəmli orkestrlərə və müğənnilərə müraciət etdim. Mən bu fikri Azərbaycanın Çindəki səfiri ilə bölüşdüm və o, dərhal məni hərtərəfli dəstəkləyəcəyinə əmin etdi. Səfirliyin köməyi ilə orijinal partituranı əldə etdim. Vaxt məhdudiyyətinə görə Tainin Mahnı və Rəqs Teatrının Simfonik Orkestri və onun opera müğənniləri ilə əməkdaşlıq şəraitində onun konsert versiyasını səhnələşdirdim.

“Arşın mal alan” artıq Çində zəngin tarixə malikdir. 1959-cu il mayın 30-da bu operetta Pekində Tanqıta Teatrında Çin dilində tamaşaya qoyulan ilk xarici əsər oldu və o vaxtdan bəri tamaşaçılar, xüsusən də Tanində auditoriya tərəfindən hərarətlə qarşılandı.

Rejissorluq etmək də mənə qismət oldu, kastinq və məşqlərdən tutmuş musiqi tərcüməsinə qədər bütün prosesə nəzarət etdim. Sevindim ki, musiqiçilər əsərin ruhunu tez qəbul etdilər. Üzeyir Hacıbəylinin operettası füsunkar məhəbbət hekayəsindən daha çox məna daşıyır. Bu, Azərbaycan həyatının və xarakterinin, onun mehribanlığının, yumorunun, səmimiliyinin parlaq portretidir və eyni zamanda, irqi, dini və mədəni sərhədləri aşan universal bir dildə danışan bir əsərdir.

Musiqi baxımından partitura ciddi quruluşu, incə detalları və gözəlliyi ilə seçilir. Onun melodiyaları lirik və unudulmaz, ritmləri isə canlı və rəngarəngdir. O, musiqi ifadəsinin bütün formalarını - solo, duet, ansambl, xor və rəqsi əhatə edir. Bu əsər komik operetta kimi ifaçılıq sənətinin mahiyyətini təcəssüm etdirir.

Premyera gecəsini hələ də çox gözəl xatırlayıram: zal gülüş və alqışlarla dolmuşdu, tamaşaçılar isə operettanı ən hərarətli heyranlıqla qarşıladılar. Həmin axşam “Arşın mal alan” Üzeyir Hacıbəylinin dühasını bir daha üzə çıxararaq təkcə çinli tamaşaçıları məmnun etmədi, həm də Azərbaycan, Çin və bütün dünya arasında mədəni əlaqələri möhkəmləndirdi.

Bu, musiqinin xalqları birləşdirmək, insanları ruhlandırmaq və sərhəd tanımayan gözəllik yaratmaq gücünə əsl hörmət əlaməti idi.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri