Icma.az
close
up
RU
Çinlilərin Azərbaycana üz tutması sahibkarlıq sahələrinin inkişafına imkan verəcək

Çinlilərin Azərbaycana üz tutması sahibkarlıq sahələrinin inkişafına imkan verəcək

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir. Bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.

Saziş imzalanarsa, iqtisadiyyata öz təsirini necə göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtsadçı ekspert Eldəniz Əmirov bildirdi ki, Çin və Azərbaycan arasında olan iqtisadi əlaqələr viza rejimi qüvvədə olduğu halda artan dinamika ilə inkişaf etməkdədir:

"Biz bunu həm ölkədaxili qarşılıqlı investisiya fəaliyyətində, həm də ümumi ticarət dövriyyəsinin artımında görürük. Orta Dəhliz kontekstində strateji bir çox yanaşmalar var. Ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,7 milyard dollara çatıb. Çin artıq Azərbaycan üçün idxalda oynadığı rola görə Rusiyanı da qabaqlayaraq 3-cü yerə çıxıb".

İqtisadçının sözlərinə görə, Çinin Rusiyanı qabaqlaması ciddi yerdəyişmədir.

"Məhz vizaların ləğv olunması ilə ölkələr arasında müxtəlif istiqamətlərdə iqtisadi fəaliyyətləri dəstəkləyəcək. Hesab edirəm ki, fəaliyyətlərin mərkəzində turizm sektoru dayanır. Çinlilərin Azərbaycana üz tutması və ayrı-ayrı təsərrüfat sahələrinin, kiçik və orta sahibkarlıq sahələrinin inkişaf etdirilməsinə imkan verəcək. Bazarların daha dərindən öyrənilməsinə şərait yaradacaq. Orta Dəhliz üzrə fəaliyyətin dəstəklənməsinə, Orta Dəhlizin yerləşdiyi ərazilərdə digər iqtisadi sektorlara töhfəsini artırmış olacaqdır", - deyə E.Əmirov vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri