Cinpin və Trampın müzakirə edəcəkləri mövzular açıqlanıb
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-a qarşıdakı səfəri çərçivəsində Amerika lideri Donald Trampla ikitərəfli münasibətləri, eləcə də qlobal sülh və inkişafla bağlı mühüm məsələləri ətraflı müzakirə edəcək.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Jiakun bildirib.
“Si Cinpin səfəri zamanı Prezident Donald Trampla Çin-ABŞ münasibətləri, həmçinin dünyada sülh və inkişafa dair mühüm məsələlər ətrafında dərin fikir mübadiləsi aparacaq”, - brifinqdə deyib.
O əlavə edib ki, yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin inkişaf istiqamətinin müəyyənləşdirilməsində əvəzolunmaz strateji rol oynayır.
Xatırladaq ki, Çin Sədri Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-a dövlət səfəri edəcək. Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirilir.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 21 Sentyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















