Icma.az
close
up
RU
Ciorcia Meloni müxtəlif ölkələrin liderləri ilə Yaxın Şərqdəki böhranla bağlı müzakirələr aparıb

Ciorcia Meloni müxtəlif ölkələrin liderləri ilə Yaxın Şərqdəki böhranla bağlı müzakirələr aparıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Roma, 23 iyun, AZƏRTAC

İtaliyanın Baş naziri Ciorcia Meloni Yaxın Şərqdəki böhranın kəskinləşməsi fonunda beynəlxalq tərəfdaşlar və region ölkələrinin rəhbərləri ilə telefon danışıqları aparıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloni ilə G7-nin hazırkı prezidenti, Kanadanın Baş naziri Mark Karni, Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında məsləhətləşmələr olub. İtaliyanın Baş naziri, həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər rəhbərləri ilə müzakirələr aparıb.

Telefon danışıqları zamanı münaqişənin daha da genişlənməsinin qarşısını almağın, böhranın siyasi həllinə nail olmağın və tərəflər arasında danışıqların sürətlə bərpası istiqamətində işləməyin zəruriliyi vurğulanıb. Bildirilib ki, İtaliya tərəfləri danışıqlar masasına oturtmaq üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Ciorcia Meloninin sədrliyi ilə İtaliya Nazirlər Şurasının iclası keçirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see224

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see162

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see141

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see133

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

20 Sentyabr 2025 22:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri