Icma.az
close
up
RU
“Çıraq”da iylənmiş ət iddiası AQTA restoranlara necə nəzarət edir?

“Çıraq”da iylənmiş ət iddiası AQTA restoranlara necə nəzarət edir?

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkələrdə yayılan videoda "Çıraq” şadlıq sarayında müştərilərə iylənmiş ət təqdim edildiyi iddia olunur.

Toy iştirakçılarından birinin çəkdiyi videoda sözügedən qidaların narazılıqdan sonra işçilər tərəfindən masalardan götürüldüyü əks olunub.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə halların baş verməsinin əsas səbəblərindən biri ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır:

"Belə halların baş verməsinin əsas səbəblərindən biri ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. Hökumət biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradıb. Yoxlamalar, araşdırmalar və nəzarət mexanizmləri lazımi səviyyədə deyil. Belə bir şəraitdə biznes qurumları mövcud vəziyyətdən sui-istifadə edirlər. Dövlət qurumlarının əli-qolu bağlıdır.

Problemin kökündə istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunun 1991-ci ildə qəbul edilməsi və o vaxtdan bəri dəyişməz qalması dayanır. Bu, dövlətin istehlakçı siyasətinin nə dərəcədə bərbad vəziyyətdə olduğunu göstərir. Problemin təsirləri əmtəə bazarının bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Biznes qurumları isə onlara yaradılan şəraitdən geniş şəkildə sui-istifadə edirlər”.

 

Birliyin sədri bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində yoxlamalar aparır və müvafiq tədbirlər görür:

"Qida Təhlükəsizliyi Agentliyi gecə-gündüz hər bir biznes obyektinin, restoranın və ya şadlıq sarayının yanında dayanaraq müştərilərə hansı yeməklərin təqdim edildiyini izləyə bilməz. Bu, mümkün deyil. Agentlik yalnız qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində yoxlamalar aparır və müvafiq tədbirlər görür. Bundan sonra isə restoranlar və şadlıq sarayları öz fəaliyyətlərini davam etdirirlər”.

Eyyub Hüseynov belə halların qarşısının alınması üçün istehlakçıları qarşılaşdıqları problemlərə səssiz qalmamağa və aidiyyəti qurumlara məlumat verməyə çağırıb:

"Bu məsələni gündəmə gətirən şəxsə təşəkkür edirəm. İctimai nəzarət mütləq gücləndirilməli və genişləndirilməlidir ki, belə halların qarşısı müəyyən qədər alınsın. Qida Təhlükəsizliyi Agentliyini də müəyyən mənada məsuliyyət daşıyan qurum hesab etmək olar. Çünki bütün məhsullara və yemək çeşidlərinə eyni dərəcədə effektiv nəzarət etmək mümkün olmur. Belə hallar təkcə restoran və şadlıq saraylarında deyil, biznesin müxtəlif sahələrində də müşahidə edilir.

Bu cür halların qarşısını almaq üçün istehlakçıları daha fəal olmağa çağırıram. Vətəndaşlar toy sahiblərinin xətrinə dəyməsin deyə baş verənlərə göz yummamalıdırlar. Əksinə, belə hallarla qarşılaşdıqda dərhal 1003 qaynar xəttinə məlumat verməlidirlər. İctimai nəzarət güclənmədiyi müddətdə bu cür hallar davam edəcək”.

Fəridə Əsədzadə


View this post on Instagram

A post shared by Azxeber Media (@azxeber)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Oktyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see394

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see323

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see265

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see262

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see258

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see245

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see240

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see231

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see228

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see221

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see219

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see219

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see217

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see215

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see207

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see205

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see202

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see199

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see198

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

22 Noyabr 2026 06:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri