Çıxarışımız var, amma işləyə bilmirik
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında fəaliyyət göstərən onlarla sahibkar obyektlərinin gələcək taleyi ilə bağlı narahat olduqlarını bildirirlər.
Milli.Az xəbər verir ki, onların sözlərinə görə, təxminən iki ay əvvəl ərazidə dövlət layihəsinin həyata keçiriləcəyi bildirilib və obyektləri boşaltmaları tələb olunub. Bundan sonra ticarət fəaliyyəti dayandırılıb, ərazi hasarlanıb, elektrik, su və qaz təchizatı kəsilib.
Sahibkar Qabil Qasımov bildirib ki, obyektin rəsmi çıxarışı var və burada 2010-2011-ci illərdən fəaliyyət göstərirlər. Onun sözlərinə görə, mülkiyyətçilərlə əvvəlcədən razılaşma aparılmadan obyektlərin boşaldılması nəticəsində sahibkarlar həm fəaliyyət imkanını, həm də obyektlərə yatırdıqları vəsaiti itiriblər.
Sahibkarlar məsələ ilə bağlı Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinə müraciət etdiklərini, lakin onlara yalnız layihə ilə bağlı gözləmələrinin bildirildiyini deyirlər. Onların sözlərinə görə, kompensasiya, alternativ yer və ya obyektlərin gələcək taleyi barədə hələlik rəsmi məlumat verilməyib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 28 İyul 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















