ÇL finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu ərəfəsində polis bir neçə ictimai asayiş pozuntusuna müdaxilə edib.
"Unikal" xəbər verir ki, hadisələr zamanı həm xarici ölkə vətəndaşları, həm də yerli sakinlər saxlanılıb.
Məlumata əsasən, azarkeşlər üçün təşkil olunmuş tədbir məkanının girişində iki Portuqaliya vətəndaşı ilə bir Böyük Britaniya vətəndaşı arasında dava baş verib. Hadisə ilə bağlı xuliqanlıq maddəsi üzrə araşdırma başlanıb. Bundan başqa, şəhərin VII rayonunda bir britaniyalı şəxsin park edilmiş avtomobilin üzərinə çıxaraq nəqliyyat vasitəsinə ziyan vurduğu bildirilib. Digər bir insident zamanı isə şəhər mərkəzində taksinin ön şüşəsinə atılan əşya nəticəsində avtomobilə zərər dəyib.
Daha əvvəl finalda qarşılaşacaq PSJ və “Arsenal” klublarının bəzi azarkeşləri arasında da qarşıdurma yaşandığı, polis tərəfindən qrup halında xuliqanlıq faktı üzrə istintaq aparıldığı açıqlanmışdı. Şübhəlilərin müəyyənləşdirilməsi üçün təhlükəsizlik kameralarının görüntüləri araşdırılır.
Polisin məlumatına görə, şənbə günü keçiriləcək final oyunu öncəsi Budapeştə 6 reyslə min nəfərdən çox PSJ və “Arsenal” azarkeşi gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 May 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















