ÇL in finalının bilet qiymətləri açıqlandı
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çempionlar Liqasının (ÇL) cari mövsümünün finalının bilet qiymətləri açıqlanıb. Məlumatı UEFA-nın saytı yayıb.
"Football-plus.az" xəbər verir ki, Avropanın ən nüfuzlu və gəlirli klub turnirinin həlledici matçı Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. UEFA finalda qarşılaşacaq hər iki komandanın azarkeşləri üçün 17200 bilet ayırıb. Bilet qiymətlərində müəyyən fərqliliklər və kateqoriyalar nəzərdə tutulub.
* Yalnız finalda çıxış edəcək klubların azarkeşləri üçün: 70 avro
* 3-cü kateqoriya: 180 avro
* 2-ci kateqoriya: 650 avro
* 1-ci kateqoriya: 950 avro
Artıq UEFA-nın saytında ümumi satışa çıxarılan biletlər üçün müraciətlər başlayıb. Biletlərin sahibləri püşkatma yolu ilə müəyyənləşəcək.
Qeyd edək ki, “Puşkaş Arena”nın tamaşaçı tutumu 67000 nəfərdi. Bu arenada ÇL-in qalibi mayın 30-da müəyyənləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 21 Mart 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















