® “Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC (bundan sonra – BSC) arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb. Anlaşma çərçivəsində “Clean Energy Cəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-ni bərpa olunan enerji ilə təchiz edəcək.
Cəbrayıl rayonunun Soltanlı kəndində inşa ediləcək layihə 100 MVt gücündə günəş enerji stansiyasının tikintisini ehtiva edir və hər biri 50 MVt olmaqla iki hissədən ibarətdir: Şəms və Üfüq günəş stansiyaları. İstehsal olunan günəş enerjisi yerli sənaye müəssisələrinin enerji ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Sözügedən layihə “Clean Energy Invest” MMC-nin “Clean Energy Cəbrayıl” və “Nobel Energy”nin “Enerso” şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu tərəfdaşlıq hər iki tərəfin Azərbaycanın yaşıl enerjiyə keçid strategiyasını dəstəkləməyə və ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə hazır olan ortaq öhdəliyini nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















