Coğrafiyaçı alim turizm üzrə təhsil alan tələbələr üçün mühazirə söyləyib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Xəzər Universitetində İqtisadiyyat və menecment fakültəsi dekanlığının təşkilatçılığı və departamentin koordinatoru Polad Orucovun iştirakı ilə Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmraninin tələbələrlə görüşü olub.
Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib.
“Turizm bazarının formalaşması və inkişafına təsir edən amillər” mövzusunda mühazirə ilə çıxış edən alim turizm işinin təşkili və digər ixtisaslarda təhsil alan tələbələrə turizm bazarı, onun formalaşması və inkişafına təsir edən amillər, həmçinin Azərbaycanda turizm bazarının xüsusiyyətləri haqqında məlumat verib.
Sonda tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 20 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















