Icma.az
close
up
RU
COJEP sədri: Fransa demokratiyası böyük sınaq qarşısındadır

COJEP sədri: Fransa demokratiyası böyük sınaq qarşısındadır

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Marin Le Penin Avropa Parlamentinin vəsaitlərini sui-istifadə etmə ittihamı ilə mühakimə olunması 2027-ci il prezident seçkisi ərəfəsində Fransada böyük siyasi təlatümlərə səbəb olub. Məhkəmə Le Penə beş il dövlət vəzifəsində işləmək qadağası qoyub və həbs cəzası verib. Bu qərar Fransa demokratiyasının gələcəyi, məhkəmə sisteminin müstəqilliyi və populist sağın gələcək strategiyaları ilə bağlı geniş müzakirələrə səbəb olub".

Bunu Oxu.Az-a açıqlamasında Fransada yaşayan türkiyəli ictimai fəal, Beynəlxalq Ədalət, Bərabərlik və Sülh (COJEP) təşkilatının sədri, "Medya Turk TV - Media France TV"nin İdarə Heyətinin sədri Ali Gedikoğlu deyib.

O bildirib ki, bu qərarla Marin Le Penin prezidentliyə namizədliyini irəli sürə bilməməsi ifrat sağçıların liderlik böhranı yaşamasına səbəb ola bilər:

"Milli Birlik" partiyası Le Pensiz seçki kampaniyası aparmaq məcburiyyətinə qalacaq və alternativ bir namizəd irəli sürməli olacaq. Jordan Bardellanın partiyanın növbəti lideri kimi çıxış edəcəyi gözlənilsə də, Le Penin yoxluğu ənənəvi seçici bazasının parçalanmasına səbəb ola bilər. Digər tərəfdən, bu vəziyyət prezident Emmanuel Makronun mərkəzçi ittifaqına və solçu partiyalara üstünlük verə bilər. Makronun 2027-ci ildə namizəd ola bilməyəcəyinə görə sağ mərkəzçi və solçuların yeni namizədlər irəli sürərkən Le Penin olmaması seçki yarışının dinamikasını tamamilə dəyişə bilər".

"Le Pen və tərəfdarları məhkəmənin qərarını "siyasi çevriliş" kimi qiymətləndirirlər. Onların fikrincə, məhkəmə sistemindən populist sağçıların yüksəlişinin qarşısını almaq üçün istifadə olunur ki, bu da seçicilərin iradəsinə müdaxilə deməkdir. Le Pen həbs edilməsini "mövcud sistemin ona qarşı sui-qəsdi" olduğunu, tərəfdarları isə bunun məhkəmənin müstəqilliyinə xələl gətirdiyini iddia edir. Bununla belə, Le Penin məhkum edilməsini "qanunun aliliyinin qorunması" kimi qiymətləndirən hüquqşünas və siyasətçilər də var. Onlar dövlət vəsaitindən sui-istifadənin ciddi qanun pozuntusu olduğu və məhkəmə sisteminin qərəzsiz hərəkət etdiyini iddia edirlər".

Müsahibimiz baş verənlərin Avropaya təsirlərindən də danışıb:

"Le Penin məhkum edilməsi Avropada geniş əks-səda doğurub. İfrat sağçı partiyalar bu qərarın təkcə Fransada deyil, bütün Avropada populist hərəkatlara qarşı "təhdid" olduğunu iddia edirlər. Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) və İtaliyanın Ciorcia Meloni hökuməti qərarın siyasi olduğunu bildirərək, Avropa elitalarının populist sağ hərəkatları sıxışdırmaq üçün məhkəmə sistemindən istifadə etdiyini iddia ediblər. Bununla belə, Avropa Komissiyası rəsmiləri və mərkəzçi partiyalar qərarın Fransanın daxili qanunları çərçivəsində qəbul edildiyini və Avropa dəyərlərinə uyğun olduğunu bildiriblər".

"Bir sözlə, Marin Le Penin məhkum edilməsi Fransada və bütün Avropada böyük siyasi nəticələrə səbəb oldu. 2027-ci ildə keçiriləcək seçkilər ərəfəsində ifrat sağçıların gələcəyi qeyri-müəyyən olduğundan, Fransa demokratiyası məhkəmə sisteminin siyasətə təsiri baxımından böyük bir sınaq qarşısındadır. Seçicilərin bu hadisəyə necə reaksiya verməsi və ifrat sağın bu böhranı necə idarə etməsi Fransa və Avropanın gələcək illər üçün siyasi tarazlığını müəyyən edə bilər", - deyə A.Gedikoğlu fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Aprel 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri