Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Vətən müharibəsindəki tarixi Zəfərimiz dünyanı heyrətə saldı

Vətən müharibəsindəki tarixi Zəfərimiz dünyanı heyrətə saldı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Vətən müharibəsindəki tarixi Zəfərimiz, xalqımızın göstərdiyi qəhrəmanlıq, birlik, sözün əsl mənasında dünyanı heyrətə salmışdı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci ildə Azərbaycan ordusuna əks hücum haqqında əmri, xalqımız tərəfindən böyük sevinclə qarşılandı. Hər bir vətəndaşımız Prezidentimizin ətrafında sıx birləşərək, torpaqlarımızı işğaldan azad etdik və ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qələbəmizdən dərhal sonra Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və yenidənqurma işlərinə başlanmasına göstəriş verdi. Bu məsələdə də xalqımız bütünlüklə Prezidentimizə dəstək verərək səfərbər oldu. 30 il erməni işğalı zamanı talan və viran qoyulmuş şəhər və kəndlərimizin bərpası və yenidənqurması üçün bu torpaqlara axın edildi. Işğaldan azad olunmuş şəhər və kəndlərimiz müasir şəhərsalma modelinə uyğun inşa edilməkdədir. Yeni hava limanları tikilib, istifadəyə verilib, dünya standartlarına cavab verən avtomobil yolları çəkilir, çətin coğrafi relyefə malik olan ərazilərdə tunellər inşa edilir, ən müasir xəstəxanalar, məktəblər, eləcə də öz yurd yerlərinə qayıdan soydaşlarımız rahat və müasir evlər və mənzillərlə təmin olunurlar. Vətəndaşlarımızın məşğulluğunu təmin etmək üçün Sənaye və Aqroparklar yaradılmışdır. 

Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirləri və diplomatları Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı burada aparılan bərpa və yenidənqurma işlərini görəndə heyrətlərini gizlədə bilmirlər. Sentyabrın 11 və 12-də Azərbaycanda fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatların, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti növbəti dəfə Qarabağ və Şərqi Zəngəzura səfər etdilər. Sayca 22-ci dəfə təşkil olunan bu səfərdə qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə yaxından tanış oldular, tarixi, mədəni və dini abidələri ziyarət etdilər. Xarici diplomatlar Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksini və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng Monastır Kompleksində oldular. Diplomatları müşayət edən Prezidentin köməkçisi Hikmət Hacıyev komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus tarixi, dini abidələr olması barədə qonaqlara ətraflı məlumat verdi. İşğal dövründə ermənilər bu abidələri də saxtalaşdırmağa cəhd göstərmişdilər. Sözsüz ki, tarixi sənədlər və daş kitabələr də göstərir ki, bu abidələr azərbaycanlılara məxsus qədim Alban dövləti tərəfindən yaradılmışdır və erməni kilsələrinə heç bir aidiyyəti yoxdur. Ən diqqətçəkən məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzura səfər edənlər arasında Fransa və ABŞ səfir və diplomatlarının da olması idi. Hər zaman ermənilərin işğal siyasətini dəstəkləyən Fransa da artıq Azərbaycan dövlətinin regionda yaratdığı reallığı qəbul edir.  Qarabağ və Şərqi Zəngəzura səfər edən səfir və diplomatlar ölkəmizin iqtisadi cəhətdən qüdrətli bir dövlət, Azərbaycan xalqının qurub yaradan, sülhsevər xalq olduğunun bir daha şahidi oldular.

Kamilə Əliyeva 
Bakı Dövlət Universitetinin kafedra müdiri,
professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri