Icma.az
close
up
RU
Conson: “Tramp Putin görüşünü pozmaq cəhdi ola bilər”

Conson: “Tramp Putin görüşünü pozmaq cəhdi ola bilər”

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson Rusiya mediasına açıqlamasında belə deyib.
“Bu, mümkündür. Prezident Putinin yerində olsaydım, mütləq hərbi təyyarələrin müşayiəi ilə uçardım”, - Conson NATO-nun şərq üzvlərinin Rusiyaya rəsmi uçuşa icazə verməməsi ehtimalı ilə bağlı sualın cavabında deyib.
Onun fikrincə, Rusiya prezidentinin təyyarəsinin Bolqarıstan və ya Rumıniya daha üzərindən uçması daha mümkün sayıla biləcək variant olardı. Polşa rəhbərliyinin Rusiyaya qarşı son dərəcə mənfi münasibəti fonunda isə, Putinin təyyarəsinin bu ölkənin səmasından istifadə etməsinə icazə veriləcəyi müşkül görünür.
Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naizir Peter Siyyarto da, öz növbəsində, Avropa liderlərinin Rusiya və ABŞ prezidentləri arasında Budapeştdə keçiriləcək görüşü pozmaq üçün əllərindən gələni edəcəklərini açıqlayıb.
Tarmp: “Rusiya və Ukrayna qoşunları indiki xətdə dayanmalıdır” Maraqlıdır ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Donald Trampla Vladimir Putinin Budapeştdə gələcək görüşünü “xoşagəlməyən fakt” kimi qiymətləndirib. Eyni zamanda, o, Aİ-nin 19-cu anti-Rusiya sanksiyaları paketinin böyük ehtimalla bu həftə təsdiqlənəcəyini deyib.
Mənbələrə istinad edən “Reuters” agentliyinin yazdığına görə, Kiyevi və onun müttəfiqlərini şoka salan məqamlardan biri də Donald Trampın Volodimir Zelenski ilə Ağ Evdə görüşü zamanı yalnız Ukraynaya yox, həm də Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını dilə gətirməsidir.
- Tramp hər iki tərəf üçün təhlükəsizlik təminatlarından danışmaqla ukraynalıları çaş-baş salıb”, - agentliyin mənbələri bildirib.
Danışıqlar zamanı ABŞ prezidentinin ukraynalı həmkarını müharibəni dayandırmaq üçün Rusiyaya ərazi güzəştinə də getməyə çağırıb. Lakin Zelenski Ukraynanın Rusiyanın hələ də işğal etmədiyi əraziləri boşaltması fikrini rədd edib.
“Politico” nəşri, eyni zamanda, Amerika prezidentinin Zelenskiyə hazırkı cəbhə xəttində müharibəyə son qoymağı təklif etdiyini bildirir.
“Nəhayət, Tramp görüşü “Yaxşı, gəlin bunu indiki cəbhə xəttində bitirməyə çalışaq” ifadəsi ilə görüşü yekunlaşdırıb”, – mənbə qəzetə açıqlamasında deyib.
Yeri gəlmişkən, Avropa bürokratiyasını və Avropanın aparıcı ölkələrini ciddi şəkildə narahat edən əsas məqam Doanlad Trampın Ukrayna probleminin həlli məsələsində Aİ-ni oyundan kənar vəziyyətə salmasıdır. Bu isə, öz növbəsində, ümumavropa təhlükəsizliyinin təminatının birbaşa Tramp-Putin dialoqunun nəticələrindən asılı olacağından xəbər verən siqnaldır.
Xatırladaq ki, Donald Trampla Vladimir Putin arasında oktyabrın 16-da baş tutan 2 saatdan artıq davam edən telefon danışığından sonra prezidentlər ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər. Bu görüşün Budapeştdə baş tutacağı gözlənilir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri