Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Constructor University və CELT Colleges əməkdaşlığa başladı Bakıda yeni akademik körpü+Fotolar

Constructor University və CELT Colleges əməkdaşlığa başladı Bakıda yeni akademik körpü+Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Constructor University və Azərbaycanın CELT Colleges qurumları paytaxt Bakıda Anlaşma Memorandumu imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, tərəflər Constructor University proqramlarına qəbul olunmuş tələbələrin təhsili və fərdi inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıblar. Bu əməkdaşlıq tələbələrin beynəlxalq standartlara uyğun təhsil imkanlarına çıxışını genişləndirməyi və ikitərəfli akademik mühitin inkişafını hədəfləyir.

Razılaşmanın əsas məqsədi, Azərbaycanda Constructor University-nin dərəcə proqramlarına qəbul olmuş tələbələr üçün yerli akademik tədris və dəstək xidmətlərinin tətbiqini təmin etməkdir.

Belə ki, CELT Colleges bundan sonra Constructor University-nin Azərbaycandakı rəsmi filialı kimi fəaliyyət göstərəcək. Razılaşmaya əsasən, universitetin bakalavr dərəcəsi proqramlarının ilk iki ili Bakıda — CELT Colleges-də həyata keçiriləcək, sonuncu, yəni üçüncü il isə Almaniyanın Bremen şəhərində yerləşən Constructor University kampusunda davam etdiriləcək. Bu model sayəsində tələbələr təhsilin ilk mərhələsini yerli mühitdə, beynəlxalq standartlara uyğun şəkildə tamamlayacaq, ardınca isə Almaniyada təhsilini başa vuraraq beynəlxalq tanınan diplom əldə edəcəklər.

Bu təşəbbüs sayəsində tələbələr təkcə Almaniyadan dünya səviyyəli təhsil almaqla kifayətlənməyəcək, həm də CELT Colleges-in praktik, lokal və mentorluq yönümlü dəstəyi sayəsində öz akademik nailiyyətlərini daha da möhkəmləndirəcəklər.

Bu əməkdaşlıq Constructor University-nin yüksək imkanlarını CELT Colleges-in tələbə mentorluğu və tədris sahəsində 20 illik təcrübəsi ilə birləşdirir. Razılaşma çərçivəsində tələbələr fənn yönümlü xüsusi dərslərdən, eləcə də akademik bacarıqların inkişafına həsr olunmuş proqramlardan yararlanmaq imkanı əldə edəcəklər.

Sənədin imzalandığı tədbirdə media nümayəndələri, hər iki qurumun rəhbərliyi və əməkdaşları, həmçinin Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev iştirak edib. O, çıxışında bu təşəbbüsü yüksək qiymətləndirərək memorandumu iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin gücləndirilməsinə, həmçinin azərbaycanlı tələbələrin beynəlxalq təhsil və təcrübə qazanmasına mühüm töhfə kimi dəyərləndirib.

Constructor University-nin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti və icraçı direktoru professor Tomas Auf der Heyde universitetin ölkənin beynəlxalq əlaqələrdəki əhəmiyyətini vurğulayıb: “Constructor University Azərbaycan və onun institutları ilə əlaqələrin möhkəmləndirilməsində böyük potensial görür”.

“Azərbaycanlı tələbələr hazırda Bremen kampusundakı 2000 tələbə arasında dördüncü ən böyük beynəlxalq qrupu təşkil edir. Bu bazaya əsaslanaraq, biz artıq Azərbaycanda uzunmüddətli və birbaşa iştirakımızı gücləndirmək niyyətindəyik. CELT Colleges ilə yeni tərəfdaşlığımız bu istiqamətdə mühüm mərhələdir”.

CELT Colleges-in baş direktoru Xəyyam Dəmirov əlavə edib: “CELT Colleges olaraq, tələbələrə qlobal imkanlar təqdim etmək vizyonumuzu bölüşən dünya səviyyəli təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdən qürur duyuruq. Bu əməkdaşlıq tələbələrimizə təhsilə Bakıda başlamaq və Almaniyadakı əsas kampusda problemsiz davam etməklə həm beynəlxalq təcrübə, həm də qlobal tanınan diplom qazanmaq imkanı yaradır. Birlikdə biz yerli mükəmməlliyi qlobal üfüqlərlə birləşdirən bir yol inşa edirik.”

Constructor University haqqında

2001-ci ildə Almaniyanın Bremen şəhərində təsis olunan Constructor University (əvvəllər Jacobs University) xüsusi, ingilisdilli tədqiqat universitetidir və güclü beynəlxalq yönümlüdür. Universitetin müxtəlif ölkələrdən olan tələbə heyəti 130-dan çox milləti təmsil edir. Təhsil proqramlarında interdisiplinarlıq, erkən mərhələdə tədqiqatla məşğul olma və ali təhsildə rəqəmsal innovasiya ön plandadır. Constructor University bakalavr, magistr və doktorantura proqramları, həmçinin onlayn dərəcə proqramları təklif edir.

CELT Colleges haqqında

2001-ci ildə təsis olunan CELT Colleges Azərbaycanda aparıcı təhsil müəssisələrindən biridir. Tədris sahələrinə ingilis dili kursları, imtahana hazırlıq (IELTS, TOEFL, SAT, GRE, GMAT), universitetə qəbul konsultasiyası və akademik repetitorluq daxildir. Bakı və bölgələrdə filialları olan CELT tələbələrin beynəlxalq təhsilə hazırlıq və uğur qazanması istiqamətində güclü nüfuz qazanıb. Missiyası tələbələrə fərdi akademik dəstək göstərərək onların tam potensiallarını reallaşdırmalarına şərait yaratmaqdır.

Bundan əlavə, CELT Colleges-in iki ümumtəhsil məktəbi də fəaliyyət göstərir. Bunlardan biri Kanada-Azərbaycan məktəbi, digəri isə İngiltərə-Azərbaycan məktəbidir. Bu təhsil ocaqlarında təhsil beynəlxalq proqramlara əsaslanır və şagirdlərə qlobal düşüncə, dil bacarıqları və liderlik keyfiyyətləri qazandırmağı hədəfləyir.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri