Icma.az
close
up
RU
COP 29 un Qlobal Mirasının təhlili mövzusunda Dəyirmi Masa keçirilib

COP 29 un Qlobal Mirasının təhlili mövzusunda Dəyirmi Masa keçirilib

Icma.az, Azpost saytına istinadən bildirir.

29.07.2025-ci il tarixində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə həyata keçirdiyi “COP-29-un Qlobal Mirasının təhlili” layihəsinin növbəti Dəyirmi masası Ekologiya və təbii sərvətlər nazirliyinin Orxus mərkəzində keçirilib.

Tədbirdə ETSN-nin, Səhiyyə, Elm və Təhsil, Kənd təsərrüfatı  nazirliyinin, “Təmiz şəhər” ASC, SOCAR, Dövlət Statistika komitəsinin, Neft və Sənaye Universiteti, Fizika, Radiasiya Problemləri institutunun,  QHT və media nümayəndələri iştirak etmişlər.

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu barədə təqdimatla çıxışa başladı. S.Həsənov bildirdi ki, İqlimdə baş verən kəskin dəyişikliklər artıq hər yerdə hiss olunmağa başlayıb. Bir aydan artıqdır davam edən isti havalar artıq Kür çayına təsir edərək onun suyunun azalmasına səbəb olur. Temperatur artımı, istiləşmə efekti verən qazların artımının davam etməsi neftin istifadəsinin bir gündə 100 milyon barelə çatması  onu göstərir ki, atmosferdə istixana qazlarının artımı davam edəcəkdir. BMT-nin İqlim dəyişmələri barədə Çərçivə Konvensiyasının COP-29 Tərəflər konfransı Azərbaycanda Bakı şəhərində 2024-cü ilin noyabr ayının 11-dən 22-nə planlaşdırılsada 24 noyabr saat 2:40-da yekunlaşmaqla keçirilmişdir. Tərəflər konfransında iqlimdə baş verən dəyişikliklərin azaldılması üçün inkişaf etməkdə olan ölkələrə 300 milyard (əvvəl 100 mld) maddi yardım ayrılması COP-29-un çox böyük nəticəsidir. Tərəflər konfransında iqlimdə baş verən temeperatur artımının Paris iqlim sazişinə görə 2oC keçməməsi və 1,5oC həddində saxlanılması üçün tədbirlər görmək öhdəlik kimi bir çox ölkələr tərəfindən götürülmüşdür. S.Həsənov qeyd etdi ki, Qlobal iqlim dəyişmələri mövzusunda layihə çərçivəsində kitabça nəşr olunmuşdur və stolun üzərində olan qovluqda Sizlərə paylanmışdır. S.Həsənov kitabçada temperatur artımı və istixana qazlarının artım dinamikası qrafiklərində prosesin elmi izahı verilmiş və yaranan fəsadlar haqqında dünya mətbuatında, elmi dairələrdə aparılan tədqiqat işlərinin nəticələri həmin kitabçaya daxil edilmişdir.  S.Həsənov təqdimatının hər slaydında, iqlim dəyişmələrinin səbəbləri, davamlılığı və ölkələrin gördüyü işlər barədə məlumatları tədbir iştirakçılarına təqdim etdi. Dünya ölkələri öhdəliklərin yerinə yetirilməsində fəaliyyət göstərə bilsələr qısa müddətdə iqlim dəyişmələrinin artmasında stabillik yarana bilər və tullantı qazları (karbon-dioksid, CO2, Metan CH4, Azot oksidləri (NO, N2O, NO2 və s) və digər qazlar azala bilər.

Tədbirin gündəliyinə uyğun olaraq söz Coğrafiya elmləri doktoru Həsən Nəbiyevə verildi. Həsən müəllif Coğrafiya institutunda aparılan tədqiqat işlərindən, iqlim dəyişmələrinin coğrafiyasında baş verən dəyişikliklər haqqında danışdı. Alim qeyd etdi ki, Xəzər dənizinin su səviyyəsinin azalması Volqa çayında suyun azalması ilə bağlıdır. Buda o səbəbdən baş verir ki, Atlantik okeanından daxil olan hava lavaları gəlib Volqa çayına çatmır. Aparılan elmi qiymətləndirmələrə görə bu proses 2052-ci ilə qədər davam edəcək və paralel olaraq Xəzər dənizinin səviyyəsidə azalacaqdır. Biz hesab edirik ki, 2052-dən başlayaraq Atlantik lavalarının Volqa çayına çatması prosesi yenidən başlayacaq və ümidvarıq ki, bu kütlələrin Volqa çayına çatması dəniz səviyyəsinin artmasına səbəb olacaqdır. Coğrafiya alimi çıxışı ilə iqlimdə baş verən dəyişikliklərlə bağlı bir çox maraqlı faktlar barədə danışdı.

ETSN-nin Beynəlxalq əlaqələr şöbəsindən Orxan Bayramov çıxış edərək tədbirin əhəmiyyətini və nazirlik tərəfindən görülən işlər barədə məlumat verdi. Belə ki, nazirlik Azərbycam dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq fəaliyyətini davam etdirir, yaşıllıq əraziləri salınır, qoruqlar hazırlanır və təbiətin mühafizə tədbirlərini genişləndirirlər. “Səma və Eko” İB-nin sədri İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri barədə çıxış edərək məlumat verdi. Belə ki, su ehtiyatlarının azalması onu tələb edir ki, daha qənaətcil suvarma sistemlərinə keçid olmalı, daha az su tələb edən bitkilər əkilməsi genuişləndirilməlidir. Artıq iqlim dəyişmələri, su ehtiyatlarına tələbatın artması kənd təsərrüfatında müasir metodların tətbiqini zəruri edir. “Ulduz” İnformasiya texnologiyaları İB-nin sədri Samir Həsənov İqlim dəyişmələri və İKT mövzusunda çıxış etdi. İqlimdə baş verən dəyişikliklər barədə əhalinin məlumatlandırılması üçün erkən xəbərdarlıq sistemlərinin tətbiqi zəruridir. Çıxışda süni intelekdən istifadənin gemişləndirilməsi istixana effekti yaradan qazların 2% artımına səbəb olmuşdur. Ona görə çıxışçı tövsiyə etdi ki, kompyuterdən və süni intelektdən lazım olduğu zaman istifadə etmək lazımdır. S.Həsənov informasiya texnologiyalarının sürətli inkişafı dövründə vacib olan məqamlarda ondan istifadəni tövsiyə etdi.

Tədbirdə “Ekoleks” İB-nin rəhbəri Sevil İsayeva çıxış edərək Aİ ölkələrində tullantıların idarə edilməsi, insanların avtomobildən az istifadə etmələri, daha çox velosipedə və piyada gəzintiyə üstünlük vermələri,  tullantıların çeşidlənməsi və sair kimi problemlərin həlli barədə səfər təəssüratlarını bölüşdü.

Tədbirdə “Təmiz şəhər” ASC-nin ətraf mühit üzrə nümayəndəsi Elnur Əliyev tullantıların idarə edilməsi barədə  görülən işlər və nəticələr barədə məlumat verdi.

Dəyirmi masada Neft və Sənaye Universitetinin kimya texnologiyaları kafedrasının müdiri dosent Əli Əlizadə, FHN-nin əhalinin maarifləndirilməsi şöbəsinin müdiri polkovnik leytenant Vüsalə Zahirova, KTN-dən Pərvin Məmmədova, Fizika institundan dosent Raida İbayeva, Energetika nazirliyində İctimai Şuranın sədri Şaban Nəsirov çıxış etdilər və mövzu ətrafında fikirlərini bildirdilər.    Dəyirmi masada layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı. Tədbir canlı müzakirələr şəraitində keçdi.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri