Icma.az
close
up
RU
COP Sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu keçirildi

COP Sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu keçirildi

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün COP29 konfransı çərçivəsində "COP Sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: "Ortaq rifahın gələcəyinə doğru Missiya 1.5 üçün Yol Xəritəmiz" adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, COP30-a ev sahibliyi edəcək Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva, COP28-in baş icraçı direktoru Adnan Amin, Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yalçın Rəfiyev iqlim məqsədlərində ölkələrin bir-birilərini dəstəkləməklə, gələcək COP-lar üçün möhkəm və təsirli bir gündəliyin təmin edilə bilinəcəyini vurğulayıb:

"Bu gün biz indiyə qədər əldə etdiyimiz tərəqqi üzərində düşünəcəyik, qarşımızda duran maneələr haqqında fikirlərimizi bölüşəcəyik və öhdəliklərimizi bir daha təsdiq edəcəyik. İqlim fəaliyyəti üçün bu həlledici onillikdə hərəkət edərkən açıq dialoq, konstruktiv düşüncələr və ortaq baxış üçün məkanı inkişaf etdirməyi hədəfləyirik".

Daha sonra çıxış üçün söz alan Adnan Amin COP Sədrlikləri Üçlüyünün yaradılma məqsədləri barədə danışıb:

"Aydındır ki, COP28 və COP30 arasındakı bu üç illik dövr Paris Sazişinin ambisiyalarına cavab verə biləcəyimizə və Dubayda hamımızın əldə etdiyimiz razılaşmaya nail olmağımıza kömək edəcək. Biz son bir ildə çox sıx əməkdaşlıq etmişik".

COP29-un uğurlu təşkilinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edən COP30-a ev sahibliyi edəcək Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva əsas məqsədin qlobal istiləşməni 1.5 dərəcəyə qədər məhdudlaşdırmaq və qlobal dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb:

"İqlim tədbirlərinin miqyası və sürəti təhlükənin miqyası və sürətinə uyğun gəlmir. Təcili olaraq ambisiyalarımızı artırmağımız vacibdir. Bizə daha çox maliyyə lazımdır. Bizə dəstək olmaq üçün inkişaf etmiş ölkələr tərəfindən texnologiya və potensialın yaradılmasına çıxış lazımdır", - deyə Marina Silva qeyd edib.

Tədbir daha sonra mövzu üzrə dəyirmi masa və müzakirələrlə davam edib. Müzakirələrdə UNFCCC-nin icraçı katibi Saymon Stiel, Ruandanın ətraf mühit naziri Valentin Uvamariya iştirak ediblər. /apa/

/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri