COP26nın Prezidenti Bakıdakı logistikanı yüksək qiymətləndirib
Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.
COP26-nın Prezidenti Alok Şarma BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barəsində özünün X sosial şəbəkə hesabında paylaşım edib.
"Operativ Media" xəbər verir ki, o, paylaşımında COP29 iştirakçılarına göstərilən isti qəbul və yaşı logistikaya görə təşəkkür edib. Alok Şarma COP29-da yeni və ambisiyalı bir iqlim maliyyə hədəfinin müəyyən edilməsinin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu hədəfin icrası mümkün və inkişaf etməkdə olan ölkələr üçün etibarlı olmalıdır. Alok Şarma, əvvəlki 100 milyard dollarlıq maliyyə öhdəliyinin gecikməsinin inkişaf etməkdə olan ölkələrin etimadını sarsıtdığını qeyd edərək, COP29-da müəyyən ediləcək maliyyə məqsədinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 13 Noyabr 2024 05:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















