Icma.az
close
up
RU
COP29 Azərbaycan Əməliyyat Şirkəti ISO 20121 sertifikatı ilə təltif edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

COP29 Azərbaycan Əməliyyat Şirkəti ISO 20121 sertifikatı ilə təltif edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ilk dəfə ISO 20121 - Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili sertifikatı əldə edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən sertifikatın əldə edilməsinə dair COP29 Azərbaycan pavilyonunda təltif etmə mərasimi keçirilib.

Mərasimdə UNFCCC rəsmiləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin rəhbərliyi və strateji podratçıların nümayəndələri iştirak edib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və audit prosesini aparmış "TÜV Austria" şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Zaur Fərzəliyev öz çıxışlarında bu sertifikatın əldə olunmasının əhəmiyyətini, bu nailiyyətdə komanda işinin vacibliyini diqqətə çatdırıblar. Tədbirdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlı tədbir idarəçiliyi prinsiplərinieffektiv şəkildə tətbiq etdiyi və bu prosesin uzunmüddətli təsirləri vurğulanıb.

Qeyd edək ki, Azərbaycan COP konfransları tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşüb. Həmçinin, Azərbaycanda da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən əldə edilən bu sertifikat bir ilkdir.

Qeyd edək ki, Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili üzrə müvafiq ISO sertifikasiyanın audit prosesi yalnız tədbirdən öncəki hazırlıq müddətində deyil, tədbirin keçdiyi müddət ərzində də dəyərləndirilərək nominasiya olunur.

ISO 20121 tədbirlərin dayanıqlı idarə olunması üçün qlobal standartdır və tədbirlərin planlaşdırılması, idarə olunması və dayanıqlılıq performansının yaxşılaşdırılması üçün bir çərçivə təqdim edir. Sertifikat, tədbir təşkilatçıları, təchizatçılar və tədbirin təşkilində iştirak edən digər tərəfdaşları əhatə etməklə, tədbirin ətraf mühitə məsuliyyətli, sosial cəhətdən inklüziv və iqtisadi cəhətdən davamlı olmasını təmin etməyə yönəlib.

Sertifikatın əldə olunması üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin audit prosesi üç mərhələdə aparılıb. İlkin mərhələdə TÜV Avstriya şirkətinin ekspertləri tərəfindən təşkilat və onun fəaliyyət kontekstinin analizi, maraqlı tərəflərin ehtiyac və gözləntilərinin aydınlaşdırılması, dayanıqlı inkişaf prinsipləri, korporativ idarəetmə və öhdəliklərin müəyyən olunması, həmçinin tədbirin dayanıqlılıq məqsədləri və onlara nail olmaq üçün planlaşdırmanın həyata keçirilməsi diqqət mərkəzində olub. İkinci mərhələdə auditorlar Əməliyyat Şirkətinin bütün departamentləri ilə görüşüb müvafiq sənədləşmə prosesləri və əməliyyatların aparılması mexanizmi ilə tanış olublar. Audit yoxlamalarının sonuncu mərhələsi isə artıq tədbir zamanı - noyabrın 15-də reallaşıb və tədbir məkanında əməliyyatların gedişatı "TÜV Austria"nın Azərbaycan nümayəndəsi Zaur Fərzəliyev tərəfindən qiymətləndirilib.

Əlavə edək ki, tədbir çərçivəsində həmçinin "ISO 20121 - Tədbirlərin Dayanıqlı İdarə Edilməsi və Təşkili" mövzusunda panel müzakirəsi baş tutub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel müzakirəsində "TÜV Austria"nın Azərbaycandakı nümayəndəsi Zaur Fərzəliyev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin sertifikasiya üzrə meneceri Aysel Məmmədova və "PICO International" şirkətinin vitse-prezidenti Jessi Ngnin iştirak edib. Panel müzakirəsində dayanıqlılıq prinsiplərinin tətbiqi, əməliyyatların şəffaflığı və beynəlxalq səviyyədə uğurlu təcrübələrin paylaşılması mövzularında fikir mübadiləsi aparılıb.

Sessiya və mərasimin keçirilməsinin məqsədlərindən biri də Azərbaycanda tədbirlərin dayanıqlı idarə edilməsi sahəsində tamamilə yeni yanaşmaların və təcrübə mübadiləsinin təşviqi və müxtəlif təşkilatlar tərəfindən gələcəkdə bu sahəyə daha geniş diqqət cəlb edilməsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see120

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see111

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see111

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see109

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri