Icma.az
close
up
RU
COP29 Azərbaycanın səyləri nəticəsində yaddaşlara tarixi bir konfrans kimi həkk olundu ŞƏRH AZƏRTAC

COP29 Azərbaycanın səyləri nəticəsində yaddaşlara tarixi bir konfrans kimi həkk olundu ŞƏRH AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 noyabr, AZƏRTAC

Bakıda keçirilən COP29 konfransı Azərbaycanın liderliyi ilə kifayət qədər uğurlu nəticələrə imza atdı. COP29 kimi konfranslar bir qayda olaraq qarşısına müəyyən hədəflər qoyur və iki həftə ərzində aparılan gərgin müzakirələr bu hədəflərə çatmağa yardımçı olur. Artıq verilən yekun qərara əsasən demək olar ki, COP29 müəyyən etdiyi hədəfə çatmış hesab olunur, iqlim maliyyəsi fondu üçün nəzərdə tutulan hədəf -2035-ci ilə qədər hər il 300 milyard dollar toplanması ilə bağlı razılıq əldə olunub və bu vəsaitin ayrılmasını inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələr qarşında əsas tələb kimi qoydular. Digər tərəfdən COP çərçivəsində hər bir ölkə qlobal istiləşmənin 1,5 C saxlanması, dekarbonizasiya ilə bağlı öhdəlik götürüb və bu öhdəliklərə riayət etmək üçün öz ölkələrində milli səviyyədə müəyyən tədbirlər görməli, ev tapşırıqlarını yerinə yetirməlidirlər. Şübhəsiz ki, ilk baxışdan bu, bir o qədər asan görünməyə bilər, çünki bu tədbirlər paralel aparılmalı, bərpaolunan və yaşıl enerjiyə keçid prosesində ölkələrin iqtisadiyyatlarına az zərər vurmalı, iş yerlərinin ixtisarına səbəb olmamalıdır. Aparılan müzakirələrdən demək mümkündür ki, COP29 çərçivəsində konsensusa gəlindi, iqlim maliyyəsi ilə bağlı ümumi razılıq əldə olundu.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

O bildirib ki, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar da bu prosesdə fəal iştirak edərək prosesə töhfə verməyə çalışdılar, ekoloji problemlər və ətraf mühit məsələləri ilə bağlı önəmli məsələləri qaldırdılar. Lakin istər iqlim maliyyəsi, istərsə də qlobal iqlim dəyişmələri ilə mübarizə istiqamətində həlledici qərarları müvafiq hökumətlər verir.

“Əminliklə demək olar ki, COP29 bu sarıdan çox faydalı və səmərəli müzakirələr, tarixi qərarlarla yadda qaldı, Paris sazişinin maddələri üzrə müvafiq razılaşmalar əldə olundu. Bu, həm də BMT-nin iqlim dəyişmələri üzrə 29-cu sessiyasının tərəflər konfransının iştirakçılarına öz milli siyasətlərini bu hədəflərə yönəltmək, bu istiqamətdə müvafiq islahatlar həyata keçirmək üçün bir təkan olacaq. COP29 çərçivəsində bir çox ölkələrin dövlət və hökumət başçıları bu istiqamətdə müvafiq tədbirlər həyata keçirəcəyi ilə bağlı bəyanatlar və açıqlamalar verdilər, ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən də qarşıdakı dönəmdə ekoloji sahədə müvafiq proqramların icrası nəzərdə tutulur.

Dünyanın aparıcı liderləri - Amerika Prezidenti Co Bayden və digər prezidentlər COP29-un uğurla başa çatması, qarşıya qoyulan hədəflərə nail olunması münasibətilə dövlətimizin başçısına məktublar ünvanladılar. Lakin Azərbaycanın tarixi konfransa ev sahibliyi etməyə başladığı bir zamanda Qərbin siyasi dairələrindən dəstək əvəzinə qərəzli hücumların şahidi olduq, ölkəmizin belə bir uğurlu tədbirə ev sahibliyi etməsini gözü götürməyənlər Avropa media şəbəkəsində çirkin və qarayaxma kampaniyası təşkil etdilər. Bunun da başında Fransanın Makron hakimiyyəti və Avropada şəbəkələşmiş erməni lobbisi durur. Onların məqsədinə görə, COP29 konfransı uğurla baş tutmamalı və bununla onlar iqlim maliyyəsinin toplanmasında öhdəliklərdən yayınmağa bəhanə tapmış olacaqdılar. Çünki Azərbaycan COP29 çərçivəsində, eyni zamanda, Afrika qitəsində inkişaf etməkdə olan ölkələrə yardım məsələsini qoymuşdu, bu isə onları illərdir istismar edən və müstəmləkə altında saxlayan Qərb ölkələrinə sərf etmir”, - deyə V.Əhmədov vurğulayıb.

O deyib ki, qeyd olunan cəhdlərə baxmayaraq məhz Azərbaycanın sədrliyi ilə başlanan, hazırlıq mərhələsi ilə birgə bir ilə yaxın aparılan proses uğurla nəticələndi, COP29 qlobal müvəffəqiyyətə imza atdı. Bütün bunlar isə onu göstərir ki, COP29 məhz Azərbaycanın səyləri nəticəsində yaddaşlara tarixi bir konfrans kimi həkk olundu, bundan həm ev sahibliyi edən ölkə, həm də beynəlxalq tərəfdaşlar faydalana bildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri