Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Qərbi Azərbaycanın həsrəti və Xalisa kəndinin unudulmayan tarixi ŞƏRH AZƏRTAC

Qərbi Azərbaycanın həsrəti və Xalisa kəndinin unudulmayan tarixi ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 noyabr, AZƏRTAC

Təkcə Xalisa kəndi, Vedibasar mahalı deyil, bütün Qərbi Azərbaycan 36 ildir bölgənin əsrlər boyu sakinləri olan azərbaycanlılarsızdır. 36 il bundan əvvəl Vedibasar rayonunun Xalisa kəndindəki dəhşətli hadisələr Ermənistanın etnik təmizləmə siyasətindən bir epizoddur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O, Xalisa kəndindən deportasiya olunan insanların işgəncələrə, qeyri-insani rəftara, ümumilikdə insanlıq əleyhinə cinayətlərə məruz qaldığına diqqət çəkərək bildirib: “Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə prosesi xüsusilə 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə özünü daha amansız formada göstərib. 1987-1991-ci illərdə azərbaycanlıların öz ata-baba yurdlarından zorla qovulması bir əsrlik düşmənçiliyin faciəvi mərhələsinin yekunu idi. Ermənistandan qovulan azərbaycanlı qaçqınların ümumi sayı hazırda 400 minə yaxındır. 1988-ci ilin sentyabr ayında Vedibasarda azərbaycanlılara qarşı ermənilərin silahlı hücumları artsa da, heç kəs doğma yurdunu tərk etmək istəmirdi. Həmin il noyabrın 23-də isə bir neçə köç yola düşərək digər kəndlərdə məskunlaşmışdı. Ancaq bilmirdilər ki, onların taleyində daha kədərli günlər hələ qabaqdadır. Həmin axşam köçə hücum olmuş, insanları vəhşicəsinə döymüşdülər. Döyülən şəxslər xəstəxanaya yerləşdirilərkən erməni həkimlər xəsarət alanların məhz azərbaycanlı olduğu üçün tibbi yardım göstərməkdən imtina etmişdilər.

Vedibasar mahalı Araz çayının ətəyində, qədim oğuz türklərinin yurd-yuva saldığı ərazi idi. Əhalisi əsasən əkinçiliklə və maldarlıqla məşğul olurdu. Vedibasar mahalının tarixən mövcud olmuş 145 kəndindən biri olan Xalisa kəndi aranda yerləşməklə şimaldan Şidli, şərqdən Avşar, cənubdan Dəvəli kəndləri, qərbdən isə Araz çayı vasitəsilə Türkiyə ilə həmsərhəddir. Xalisa kəndi Vedibasar mahalının tərkibində, Ağrı dağın ətəklərində, Araz çayının sahilində yerləşən onlarla kənddən biri olub. İki mindən çox əhalisi olan Xalisa kəndində üçmərtəbəli məktəb binası, mədəniyyət evi, məişət evi, tibb məntəqəsi, hamam, məscid, poçt, rabitə evi, dörd mağaza, istirahət parkı və beş yüzdən artıq yaşayış evi tikilib. Həmçinin istirahət parkının ərazisində İkinci Dünya müharibəsi zamanı Xalisa kəndindən həlak olmuş qəhrəmanların unudulmaz xatirəsinə abidə ucaldılıb. Əsasən azərbaycanlılardan ibarət olan kənddə Livandan, Türkiyədən, Suriyadan və başqa xarici dövlətlərdən məqsədli şəkildə köçürülən erməni ailələri yaşayırdı. Bu kəndə ilk dəfə 1920-ci illərdə 12 erməni ailəsi köçürülüb. Kənd vaxtilə tamamilə azərbaycanlılardan ibarət olub. Kənddə Məmməduşağı, Yuvalılar, Dəvəlilər, Muradqanlılar, Məhərrəmuşağı, Alıuşağı, Seyidlər, Dağlılar, Fatanuşağı, Babauşağı, Yasavullular, Sarxanlılar, Heydəruşağı, Məngüklülər, Kolanlılar, Tağıyevlər, Cəfəruşağı, Feyziyevlər kimi tayfalar var idi. 1987-1991-ci illərdə isə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı insanların evlərini tərk etmələri üçün çox qısa vaxt verilmişdi. Lakin deportasiyanın məcburi şəkildə həyata keçirildiyi zaman sakinlərə öz şəxsi əşyalarını götürmək imkanı yaradılmadı. Bu, qeyri-insani aktlar indi Qərbin “mələk” adlandırdığı ermənilər tərəfindən törədilib”.

P.Vəliyeva deportasiyadan bir müddət öncə azərbaycanlıların məqsədli şəkildə işdən çıxarıldığını qeyd edərək deyib: “Onlar qonşuluqda yaşayan ermənilər tərəfindən diskriminasiyaya məruz qalır, illərdir yan-yana yaşadıqları qonşularından “çıxıb gedin” mesajları alırdılar. Bu prosesə “hüquqi əsas” geyindirmək üçün SSRİ xüsusi xidmət orqanlarının etnik ermənilər vasitəsilə törətdiyi Sumqayıt hadisələrindən sonra Qərbi Azərbaycanda həmvətənlərimizin qara günləri daha da şiddətləndi. Şəhərlərdə, rayon mərkəzlərində, idarə və müəssisələrdə azərbaycanlılar mənəvi və fiziki təhqirlərə məruz qalırdılar. Əlacsız qalan günahsız xalq gah Araz sahilindəki hərbi hissəyə axışıb hərbçilərdən imdad istəyir, gah da şikayət məktublarını Müdafiə Komitəsinə göndərirdilər. Lakin ozamankı rəhbərlik tərəfindən insanların şikayətlərinə baxan yox idi. Başqa kəndlər kimi Xalisa kəndində də azərbaycanlıların əlindən ovçu tüfənglərinə kimi alınmışdı. Çarəsiz xalq doğma kəndi, ev-eşiyi tərk edib yavaş-yavaş Azərbaycanın müxtəlif bölgələrinə köçürdülər. Lakin yaşlı nəslin nümayəndələrindən bir çoxu həsrətə tab gətirməyib dünyalarını dəyişirdilər.

Kənddən köçən azərbaycanlıların əksəriyyəti Qarabağa üz tuturdu. Çünki Qərbi Azərbaycanın havası və suyu Qarabağa uyğun idi. Qarabağa qaçqınların sürətli axını başlamışdı. Bunu görən ermənilər Xankəndidən və digər erməni yaşayış məntəqələrindən qaçmağa hazırlaşırdılar. Lakin o zaman Azərbaycan Müdafiə Komitəsinin birinci katibi işləyən Əbdürrəhman Vəzirov ermənilərlə danışığa girərək xaincəsinə sərəncam imzaladı. 1988-ci ilin avqustunda imzalanan bu sərəncama əsasən Ermənistandan gələn azərbaycanlı qaçqınlar Qarabağın ərazisindən çıxarılmalı idi. Beləliklə, qaçqınlar yük maşınlarında zorla Qarabağ ərazisindən çıxarılmağa başladı. Getdikcə Qarabağda azərbaycanlıların xüsusi çəkisi azalırdı”.

Bu hadisələrin Ermənistanın sistematik zorakılıq siyasətini nümayiş etdirdiyini bildirən deputat əlavə edib: “Ailə üzvlərimin şahidi olduqları mənzərə belə idi. Noyabrın 30-da erməni quldur dəstələri dövlət orqanları ilə razılıq əsasında Xalisə kəndinə basqın edərək, sakinlərini qaçmağa məcbur ediblər. Bələdçilik edən yerli ermənilər quldurlara azərbaycanlı evlərini göstərir, qapılara xaç şəkli çəkirdilər. Bu hücum başlananda hansı evə girəcəklərini bilmələri üçün edilirdi. Hətta kəndin çıxış magistral yolları azərbaycanlıların kənddən maşınlarla qaça bilməməsi üçün bağlanmışdı. Erməni quldur dəstələri kəndə doluşub nişanlanmış evlərə hücum edir, amansız zorakılıq və hədə-qorxu ilə kəndlilərin zinət əşyalarını və maddi vəsaitlərini talayırdılar. Ələ keçirdiklərini mənimsəyir, əhalini isə kəndin mərkəzinə toplayırdılar.

Onlar qadınlara qarşı xüsusilə amansızlıq göstəriblər. Hətta hamilə qadınlar belə onların vəhşiliklərindən xilas ola bilməyib. Günahsız vətəndaşlar, qocalar, qadınlar və uşaqlar təcavüzkarlar tərəfindən zorla sürüklənərək yük maşınlarına atılırdılar.

Azərbaycanlı qaçqınlar ağlasığmaz çətinliklərə dözməli olublar. Bu uzun sürən yerdəyişmə ailələri parçaladı, onların sosial quruluşunu məhv etdi, onları ümidsizliyə düçar etdi. Ailəm də həmin vaxt kəndi tərk etmək məcburiyyətində qalıb. Onlar da deportasiya edilən bir çox qaçqınlar kimi çətinliklərlə üzləşiblər. Bu gün həmin şəxslər çətin dövrün travmalarını daşıyırlar. Ancaq onlar doğma yurdlarına qayıtmaq inamını heç vaxt itirməyib.

Hazırda Qərbi Azərbaycandakı əksər yaşayış məskənlərində evlər dağıdılmış vəziyyətdədir, çoxunda isə heç kəs yaşamır. Məsələn, Göyçə ərazisində mövcud olmuş Zar, Ağkilsə, Zod, Aşağı Şorca, Zərkənd və digər kəndləri öz sahiblərindən məhrum etməklə yanaşı, həmin əraziləri xarabalığa çeviriblər.

Bu müddət ərzində Ermənistan ərazisində azərbaycanlılara aid mədəni və tarixi irs, məscidlər və qəbiristanlıqlar dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik irqi ayrı-seçkilik həyata keçirilib. Kənddən çıxan zaman belə onun adı kəndin giriş-çıxış lövhələrində Xalisa kimi qeyd olunsa da, deportasiyadan sonra adı dəyişdirilərək “Norakert” adlandırılıb. Xalisa kimi yüzlərlə yaşayış məntəqələrinin, toponimlərin adları dəyişdirilərək tarixdən məqsədli şəkildə silmək cəhdləri aparılır”.

P.Vəliyeva qeyd edib ki, Qərbi Azərbaycan İcmasının yaradılması, fəaliyyəti Ermənistandan qovulan azərbaycanlıların doğma torpağına geri qayıdışı ilə bağlı onların ruhlandırılması, şəbəkələşməsi, milli-mədəni dəyərlərin qorunub saxlanması, beynəlxalq arenada qaçqınların geri qayıdışı ilə bağlı peşəkar təbliğatın aparılması və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması missiyasını yerinə yetirir. O cümlədən Vedibasar rayonu, Xalisa kəndinin icması da Qərbi Azərbaycan İcmasında təmsil olunaraq öz doğma ata-baba yurdlarının milli-mənəvi dəyərlərinin təbliğ edilməsində böyük rol oynayır. Bütün Qərbi azərbaycanlılar kimi Xalisa kəndinin insanlarının da yeganə arzusu doğma torpağa qayıtmaq, yaylaqları gəzmək, bulaqlarının buz suyundan içmək, doğma torpaqda ata-baba qəbirlərini ziyarət etmək, öz evlərinə geri dönməkdir.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi kursu və rəhbərliyi nəticəsində Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulduğu kimi, inanırıq ki, Qərbi azərbaycanlıların da sülh şəraitində, ləyaqətli, təhlükəsiz geri qayıdışı yaxın gələcəkdə reallaşacaq”, - deyə deputat bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see134

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see130

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri