Icma.az
close
up
RU
COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda hazırda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri çərçivəsində “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda yan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin məqsədi ölkəmizin üzləşdiyi mina problemini diqqətə çatdırmaq, mina təhlükəsinin təbii ehtiyatlara təsirini vurğulamaq, ekoloji cəhətdən təmiz minatəmizləmə təcrübələrini araşdırmaq və humanitar minatəmizləmə sahəsində dayanıqlı yanaşmaları təşviq etməkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikasının azad edilmiş ərazilərində öncədən basdırılan təxminən 1.5 milyona yaxın minanın ətraf mühitə dağıdıcı təsirləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu təhlükəli qurğuların partlaması nəticəsində onların tərkibində olan ağır metallar və digər toksinlər torpağa və havaya mənfi təsir göstərir, bu kimyəvi çirklənmə uzunmüddətli ekoloji zərərlərə səbəb olur. Minalardan təmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda iqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün əsas şərtdir.

BMT-nin Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç yan tədbirdə çıxış edərək dünyanın bir çox ölkəsində minalar və müharibənin digər partlayıcıqalıqlarının təkcə insanların həyat və sağlamlığına deyil, həm də torpaq və təbii resurslara, o cümlədən bioloji müxtəlifliyə ciddi təhdidlər yaratdığını qeyd edib.

Yan tədbir çərçivəsində minaların ekosistemlərə, biomüxtəlifliyə və təbii ehtiyatlara təsirlərinin tədqiqi, ətraf mühitə minimum təsirlə minatəmizləmə səyləri, eləcə də bu istiqamətdə innovativ texnologiyaların istifadəsi mözvularında panel müzakirələr keçirilib.

COP29 çərçivəsində keçirilən bu yan tədbir, ekoloji dayanıqlılıq və mina təhlükəsizliyinin bir araya gətirilməsi üzrə yeni yanaşmaları önə çıxarmaqla yanaşı, minatəmizləmə əməliyyatlarının yalnız humanitar deyil, həm də ekoloji önəmini vurğulayıb. ANAMA və BMTİP-nin birgə təşkilatçılığı ilə təşkil olunan müzakirələr, minatəmizləmənin təbii ehtiyatların qorunması və biomüxtəlifliyin bərpası üçün əhəmiyyətini bir daha nümayiş etdirib. COP29-un əsas mövzuları ilə səsləşən bu tədbir, gələcək üçün daha təhlükəsiz və dayanıqlı mühitin təmin olunmasında mühüm bir addım olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see197

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri