Icma.az
close
up
RU
COP29 çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin ÜGT sənədi kimi qəbul edilməsi təşəbbüsü irəli sürülüb

COP29 çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin ÜGT sənədi kimi qəbul edilməsi təşəbbüsü irəli sürülüb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 may, AZƏRTAC

Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransı keçirilir.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransda 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 çərçivəsində keçirilmiş “Yaşıl Gömrük - Yüksək Gömrük Rəsmilərinin Dialoqu” adlı yüksək səviyyəli tədbirin Bakı Bəyannaməsi müzakirəyə çıxarılıb.

İclasda çıxış edən Gömrük Komitəsinin sədri Şahin Bağırov “Yaşıl Gömrük” təşəbbüslərinin qlobal gömrük sisteminin strateji inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Bakı Bəyannaməsinin bu sahədə qəbul olunmuş ilk institusional və çoxtərəfli sənəd kimi tarixə düşdüyünü qeyd edib. O, gömrük xidmətlərinin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə artan roluna diqqət çəkərək Bakı Bəyannaməsinin bu istiqamətdə gələcək təşəbbüslər üçün strateji əsas və istiqamətverici sənəd ola biləcəyini bildirib.

İclasda çıxış edən ÜGT-nin Avropa regionu üzrə sədr müavini, Norveç Gömrük Xidmətinin rəhbəri Oystein Bormer Bakıda keçirilən tədbiri yüksək qiymətləndirərək bu təşəbbüsün ekoloji dəyərlərin gömrük vasitəsi ilə təşviqi baxımından mühüm addım olduğunu vurğulayıb. Müzakirələr zamanı Avropa İttifaqının nümayəndəsi bütün üzv ölkələr adından, eləcə də Türkiyə, Qazaxıstan, Gürcüstan, Avstriya, Almaniya, Rusiya, Tacikistan, Ukrayna, Belçika və Türkmənistan nümayəndələri öz rəsmi çıxışlarında Bakı Bəyannaməsinə tam dəstək ifadə ediblər.

Qeyd olunub ki, Bakı Bəyannaməsi gömrük orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə rolu, ətraf mühitə zərərli məhsulların dövriyyəsinin məhdudlaşdırılması, yaşıl texnologiyaların tətbiqi və ekoloji baxımdan dayanıqlı ticarətin təşviqi kimi əsas prioritetləri əhatə edir. Sonda sənədin ÜGT-nin 2025-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyası və Gömrük Əməkdaşlıq Şurasının gündəliyinə daxil edilməsi və ÜGT sənədi kimi rəsmi qəbul olunması razılaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri